Mövhumatçılıq İslamı daxilən çökdürmək üçün şeytanın planlaşdırdığı sistemdir. Dərin düşünməyi, yaradıcı gücü yox edir və insanları keyidir. Mövhumatçı sistemin insanları boğmasına imkan verməyək. Quranın şən, azad, istiqanlı, mehriban, gözəl ruhu ilə dünyanı cənnətə döndərək.
Zövqsüzlük ürküdücü şeydir. İncəsənət və Keyfiyyət Nazirliyi yaradılıb çox güclü nəzarət həyata keçirilməlidir ki, zövqsüzlüyə imkan verilməsin. İncəsənəti, gözəlliyi aradan qaldırıb təkcə təməl ehtiyacları ödəyib yaşamaq mədəniyyəti hakim olduqda dünya sanki cəhənnəmə dönür.
Bəyənilməyi, gözəl olmağı cinayət halına gətirdikdə insanların bir çoxu özünə diqqət yetirməkdən imtina edir. Bu zaman da gözəlliklər aradan qalxır.
Türkiyə dünya incəsənətinin mərkəzi olsun. Böyük sərgilər açılsın, incəsənət yarışları olsun, yaradıcılıq gecələri təşkil edilsin. İncəsənətin yox olması fəlakətdir.
İstanbuldakı struktur, şəhərin estetikasını tamamilə aradan qaldırır. Şəhəri kənara tərəf inkişaf etdirib mərkəzi və Bosfor boğazını yamyaşıl etmək lazımdır.
Türkiyənin etməsi lazım olan şeylərdən biri, darvinizmi elmi olaraq aradan qaldırmaq, ikincisi də ultramüasir keyfiyyətli ölkə olmaqdır.
Amerika və Rusiyanın PKK-nı dəstəkləməsinə qarşı ən təsirli cavab PKK-nın beyninin, yəni darvinizmin aradan qaldırılması olacaq.
Ədalətli rejim, mehdiyyət, İslam Birliyi və Qurana tam tabe olunduqda mümkün olar. Xurafatlar olmadan Qurana tabe olmaq dünyanı cənnətə döndərər.
PKK-nın beyninin dağıdılması darvinizmin çökdürülməsi ilə mümkün olar. Darvinizmin çökdürülməsi dünyadakı bütün ateist sistemə elmi zərbə olar.
Quranda təkamül vardır deyənlərdən qardaşlarımız cinlər, mələklər, cənnət köşkləri, cənnət qılmanlarının necə yaradıldığını soruşsunlar. Mələklər, cinlər, cənnət necə təkamüllə yaradılmadıysa insanlar da təkamüllə yaradılmamışdır. Hz. İsa necə ki, palçıqdan quş formasında bir şey düzəldir və o bir anda canlı quşa dönürsə, insan da Allahın ruh verməsi ilə insan olmuşdur. Təkamül yoxdur. Hz. Musa əlindəki əsanı atdığı zaman əsa tam canlı ilana necə dönürsə, insan da bir anda insan olaraq yaradılır, mərhələ-mərhələ deyil.
Darvinizmi elmi dəlillərlə yox etmiş olmağımız təkamülçülərin xoşuna gəlmədi. İndi əbəs yerə Quranla təkamülü uyğunlaşdırmağa çalışırlar.
Quran ilə təkamülü uyğunlaşdırmağa çalışanlar çox məntiqsiz açıqlamalar verirlər. Quranda təkamülə dair heç bir ayə yoxdur. Zər aləmində bütün insanlar bütün bədən üzvləri ilə tam olaraq yaradılıblar. Sonra dünyaya göndəriliblər. Təkamüllə mərhələ-mərhələ yaradılma yoxdur.
Çobanyastığında Allahın ruhu var dediyimiz zaman, hamısının Allahın əmrinə tabe olduğunu ifadə edirik. Allahın ruhu hər yerdədir, bütün kainatı əhatə etmişdir.
Mənzil camaatı təmiz, sevgi dolu gözəl insanlardan ibarətdir.
Cənab Kamal Kılıcdaroğlu dəyərli insandır. Müxalifət lideri olaraq vətən, bayraq, dövlət üçün səmimiyyətlə səy göstərir. Lider olmaq çətin vəzifədir.
Qadın geyəcəyi paltarı adət-ənənəyə və vəziyyətə görə öz vicdanı ilə seçər. Allah özlərini qorumaları lazım gəldikdə qadınların çarşab geyməsini söyləmişdir.
İslamın şərti 5-dir, demək doğru deyil. İslamın şərti Quranın bütün ayələrinə tam tabe olmaqdır.
Lazımsız şübhələrlə müsəlmanlara sui-zənn bəsləmək Allah qorusun fitnəyə səbəb olar. Müsəlman xeyir gözü ilə sadə düşünməlidir.
Uşaqlara 2-3 yaşlarından etibarən Allah sevgisini, cənnətin varlığını izah etmək, imanın sevincini yaşamasını təmin etmək lazımdır.
Qadağalar, Allahdan qorxulduğu zaman, Allah səmimi sevildiyi zaman dağılar. Quran insanları sıxan bütün qorxuları, bütləri dağıdıb insanı azad edər.
Nəfsi üçün yaşayan səmimi ola bilməz. Başqasının yaxşılığı üçün yaşayan səmimidir.