Müasir İslam anlayışı, keyfiyyəti, üstün xüsusiyyətli olması və ağlı ilə, Türkiyə tarixinin ən mükəmməl lideri Atatürkdür.
Türkiyədə hal-hazırda klassik siyasət yürüdüləcək dövr yoxdur. Vətən, dövlət, millətdən söhbət getdiyi üçün partiyalardan kənar ortaq hərəkət edilir.
Hörmətli Devlet Bahçeli İngiltərə dərin dövlətinin təhdidini açıq-aydın gördüyü üçün hər vətənpərvər kimi partiyaçılığı kənara qoyub dövlətin mənfəətini ön plana aldı.
Homoseksuallığın Quran, İncil və Tövratda iyrənc hərəkət olduğu bildirilmiş, haram edilmişdir.
İnsanların bir çoxu tək yaşayır. Həm cəmiyyət təzyiqi, həm də ənənəçi ortodoks sistemin təzyiqi həyatlarını zəhər edir, sevgini yaşaya bilmirlər.
Bütün müvəffəqiyyət Allahdandır. Allah bütün insanların qəlbinə həm doğrunu, həm də yanlışı bildirər. Doğruya tabe olana Allah müvəffəqiyyət verər.
Ənənəçi ortodoks sistem, müsəlmanların özünü də narahat edir. Bu batil sistem aradan qalxmadan əzabların bitməsi mümkün görünmür.
Bəzi insanların məzlum gördükləri birini əzməyə çalışmaları, ona kobud davranmaları dinsizliyin acı nəticələrindən biridir.
İnsanın və kainatın yaradılış məqsədi saf sevgidir. Ruhumuz, orqanizmimiz sevgiyə görə yaradılmışdır. Allaha qulluqdakı məqsəd də sevgidir.
Quran müsəlmanlığı bütün dünya üçün fərəhlikdir. İnsanların üzərindəki bütün zəncirlərin, ağır təzyiqlərin aradan qalxması deməkdir.
Ənənəçi ortodoks İslamla tanış olanlar qadınlara mövcud olma haqqı tanınmayan, sevincin qadağan olduğu bir anlayışı gördükləri üçün dindən uzaqlaşırlar.
Allahın haram etdiyi iyrənc hərəkət olan homoseksuallığı dəstəkləyənlər necə dəhşət verici mühit yaranacağını düşünmürlər.
Rumlar, musəvilər, hamısı qardaşımızdır, hamısı canımızdır. Hər biri Türkiyənin bəzəyidir, gözəlliyidir, hər biri çox dəyərlidir.
Həyatımın heç bir dövründə Mehdilik iddiam olmadı və olmayacaq. Lakin mehdiyyət həqiqətdir. İsa Məsihin gəlişi də həqiqətdir.
İncəsənət xadimlərinin təltif edilməsi incəsənətin gücünü artırar. İncəsənət xadimini unutmaq milli fəlakətdir. İncəsənət xadimlərinə ömür boyu sahib çıxmaq lazımdır.
Suriyalı qonaqlarımız bizim canımızdır, kim nə deyirsə desin, onlara sonuna qədər sahib çıxacağıq inşaAllah.
Dəccaliyyət qadınları kişi etmək, kişiləri də qadın etmək istəyir. Buna görə də, dünyaya homoseksuallığı yaymağa çalışırlar. Dünyanın bir çox ölkəsində homoseksuallığı insanlara zorla qəbul etdirirlər. Qurana görə çirkin hərəkət olan bu haramın yayılması dəhşət vericidir. Homoseksuallıq Quranda, Tövratda və İncildə Allahın haram etdiyi çox çirkin azğınlıqdır. İnsanlara bunu zorla qəbul etdirmək zülmdür.
Mən Allahı sevirəm, Allahdan qorxuram. Bəzi insanların Allahı görə bilməməsinə və Allahı unutmasına çox təəccüblənirəm.
Mən Allahın dəlisiyəm. İslama xidmət varsa, Allaha aşiqsənsə, möminləri sevirsənsə, sənə hər gün bayramdır.
Quran insanların üzərindəki ağır zəncirləri sındırar. Cəmiyyət qaydaları isə insanların üzərinə heyrətamiz dərəcədə ağır yüklər gətirər.
İnsanlar Quran azadlığı içində yaşamış olsa, olduqca xoşbəxt olarlar. Lakin cəmiyyətin təzyiqləri ucbatından sanki nəfəs belə ala bilmirlər.