Müsəlman çox rahat olur, hər yerdə rahat olur. Allaha təvəkkül etdiyi üçün, ona etimad etdiyi üçün, axirətdə də diriləndə son dərəcə rahat olar. Məsələn, möminlər Qiyaməti sevinc içində seyr edir.
Allah “Qəffar və Rəhim”dir, mərhəmətlidir. Mömin bir insan, Allahdan qorxan bir insan cəhənnəmə girməz. Allahdan qorxan dinin tələblərini onsuz da yerinə yetirər. İkinci bir ehtimal olmaz. Onsuz da onlar mömin olaraq yaradılırlar.
Əgər biri iman əhlindəndirsə, Allahın diləməsiylə qorxmasın. "Mən varam", "Məni kim yaratdı?" deyirsə, Allahdan qorxacaq gücə sahibdirsə, Allah da iman əhlini yandırmaz. Bu qədərini deyim ki, anlasınlar. Cəhənnəm əhli necə bir məxluqatdır?. Bunu dərk edə bilməzlər. Cəhənnəm əhli ölü olur.
İran bilavasitə mehdiyyətə görə siyasət yürüdür. Bir milyon nəfərlik ordu yetişdirir, Mehdi ordusu. Gecə-gündüz hər şeyi Mehdi ilə əlaqələndirirlər. İsraildə Moşiyahın gəlməsi üçün hər gün üç dəfə dua edərlər. Belə olduğu halda, onu görməzlikdən gəlsən məhz özün ziyana uğrayarsan. Çünki, tarix o istiqamətdə inkişaf edir.
Sənin Moşiyahla, yəni Mehdi (ə.s)-la heç bir əlaqən yoxdur, amma bütün Yaxın Şərq bu mövzunun ətrafında fırlanır. Sən istəsən də, istəməsən də belədir. ABŞ-ın xarici siyasəti Moşiyah Mehdi (ə.s)-a görədir. Eləcə də, Səudiyyə Ərəbistan və İraq dövlətlərinin yürütdüyü xarici siyasət də ona görədir.
YPG, bütün Türkiyənin və müsəlmanların düşmənidir. Kommunist, marksist, leninist, Allahsız, Kitabsız, xain bir təşkilatdır. Cinayət, mafiya təşkilatıdır.
Ayasofyada ilk namazı qıldıracaq kimsə Mehdi (ə.s)-dır. Kiminlə birlikdə qıldıracaq? Hz. İsa (ə.s) ilə birlikdə. İstanbul İsa (ə.s)-ın gələcəyi yerlərdən biridir. Qüds-ü Şərif iki, Məkkə-i Mükərrəmə üç.
MHP-nin aktiv bir gəncliyi var. Yetişdirilmiş, siyasi və ideoloji cəhətdən təhsil almış bir gəncliyi var. Amma Ədalət və İnkişaf Partiyasının belə bir gəncliyi yoxdur. Bunu Ədalət və İnkişaf Partiyası da etməlidir. Milliyyətçi, vətənpərvər, vətənə, bayrağa, millətə, dövlətə zərər verməyə çalışanlara qarşı kükrəyən bir gənclik yetişdirməlidirlər. Bu vacibdir.
Gəncliyə, insanlarımıza, yəhudi qardaşlarımızı sevəcək, onları qoruyub himayə edəcək, onlara hörmət bəsləyəcək bir üslubu verək. Addım-addım bir bəlaya doğru gedilir, bir uğursuzluğa doğru gedilir, bunu dayandıraq.
Ənənəvi Ortodoks İslam yaşanılası deyil. Ağlagəlməz dərəcədə çətindir. Musiqi dinləyə bilməzsən, şəkilə baxa bilməzsən, gülə bilməzsən, xanımlar təmiz geyim geyinə bilməz, baxımlı, zərif ola bilməz. Saçlarını boyaya bilməz, qaşını ala bilməz, özünü gözəlləşdirə bilməz.
Şeytan qəsdən İslamı çətinləşdirib məhv etdi dünyada. Dini çətin göstərmək çox şeytani bir metoddur. Şeytanın o pis zəkasının bir məhsulu olaraq ortaya çıxdı.
Allah fədakarlığı sevir. Buna görə də Allah şəhidliyi sevər. Allahın ən sevdiyi gözəlliklərdən biridir. Allah: "İki gözəllikdən biri" deyir. "Gözəllik" deyir. "Şəhidlik və qazilik". Allah adamın, Onun yolunda qolunu, ayağını itirməsini çox bəyənir.
Allah dünyada Özünün insanlar tərəfindən, Öz ruhu tərəfindən, Öz ruhundan meydana gələn varlıqlar tərəfindən sevilməsini istəyir. Amma Allah həqiqi mənada sevilmək istəyir. Həqiqi sevginin olması üçün də, insan əzab və çətinliklər içində də olsa belə Allahı tərk etməməlidir.
Daim Allahın lehində düşünülər. Müsəlman ətrafına daim xeyir gözüylə baxar.
Əgər sən şeytani düşünsən, nə qədər dərin düşünsən, bir o qədər də batarsan. Dərin düşünmək bu cür düşünmək deyil, səmimi düşünməkdir. Tamamilə səmimi, dürüst və yaxşı niyyətlə düşünməkdir. Allah üçün, Allahı sevərək düşünməkdir, Allahın əleyhinə düşünməməkdir.
Ev nəticədə səni üşüməkdən qoruyar. Öz həbsxanan, dünyadakı həbsxanan. Əgər iman gözüylə baxsan evin, cənnət evlərindən olan bir ev olar. Amma küfr gözüylə baxsan evin, cəhənnəm hücrələrindən olan bir hücrə olar, səni sıxar. Divarları sıxar, hər yeri sıxar, sıxılarsan.
Allah: "Təlaş etməyin. Təvəkküllü olun. Mənə buraxın. Ölərkən də çox rahat öləcəksiniz" deyir. Allah: "Amma təlaş etsəniz, təvəkkül etməsəniz canınız yanar" deyir.
Allah, təvəkküllə gözəl bir dünya meydana gətirir. Təvəkküllü olanda Allaha qarşı dürüst, səmimi olmaq lazımdır. Dürüst olmadıqda Allah da insanın canını yandırmağa başlayır.
Mən müsəlmana zülm edilməsinə izin vermərəm. Müsəlmana əl qaldırmaq olmaz. Heç bir türk əsgəri müsəlmana güllə atmaz. Bunu edəcək biri də varsa, ona mane olarıq. Müsəlman xəta etmiş ola bilər, səhv etmiş ola bilər, amma güllə atmaq haramdır. Belə bir şeyə izin vermərik.
Bunu deyim ki, kim Abdullah Öcalanı, qatilləri sərbəst buraxmağa çalışsa, O, şəxsiyyətindən asılı olmayaraq etdiyi, edəcəyi bu şeylərdən ötrü yüz min dəfə peşman olar. Polisin qanunla, hüquqla sürükləyərək aparacağı ilk adamlar onlardır.
Əsgərin gözü çox qaradır. O Allah, Kitab, vətən, bayraq, millət, dövlət üçün yaşayır. Əsgərin həyatda başqa bir məqsədi yoxdur. Əgər əsgər vətənin bölünəcəyini anlasa, onu heç kim tutub saxlaya bilməz. Jandarmanı da heç kim tutub saxlaya bilməz, polisi də heç kim tutub saxlaya bilməz. Kim alçaqlıq, xainlik edibsə qanunla və hüquqla onu sürükləyib meydana çıxarar.