Papa ilk öncə Vatikanda qurulmuş darvinist təbliğatın qarşısını almalıdır.
(A9 TV; 24 sentyabr 2013)
Dünyada baş verən savaşların, qırğın-müsibətlərin, qarışıqlığın bitməsinə həqiqətən həll yolu axtaranlar, mehdiyyəti istəsinlər.
(A9 TV; 24 sentyabr 2013)
Türkiyəni Avropa birliyinə qəbul etməzlər. Çünki insanlarda xristian, yəhudi sevgisizliyi vardır. Bir çox insan musiqiyə, rəqsə, xanımların başının açıq olmasına, makiyajlı, baxımlı xanımlara qarşıdırlar. Bu da mehdiyyət ruhuyla ortadan qalxacaq.
(A9 TV; 24 sentyabr 2013)
Bərabərliyi hz. Mehdi (ə.s) tətbiq edəcək. Hər dinə, hər kəsə qarşı şəfqət, sevgi göstərəcək.
(A9 TV; 24 sentyabr 2013)
İrandakıların Mehdini, haşa Allah kimi hesab edən inancları olduqca çox təhlükəlidir.
(A9 TV; 24 sentyabr 2013)
Hər kəs azad və xoşbəxt olsun. Silahları aradan qaldıraq. Döyüş, savaş ən böyük cinayət hesab olunsun.
(A9 TV; 24 sentyabr 2013)
Əsədin dediklərindən belə bir məna çıxır ki: "Yaxşı, o zaman, kimyəvi silahla öldürməyim, boğaraq, asıb-kəsərək, yandıraraq öldürüm".
(A9 TV; 24 sentyabr 2013)
Mehdiyə müxalif çıxanlarda həmişə bir bərəkətsizlik hiss edilir.
(A9 TV; 24 sentyabr 2013)
Yaxşılıq, mərhəmət etmək, şəfqət, sevgi göstərmək çətindir. Qırıb-tökmək çox asandır. Bəziləri əlinə tüfəngi alıb ətrafdakıları biçib qırır. Amma sevgi göstərmək əmək, iradə, mərdlik istəyir. Səbrin, əzmin ən son mərhələsini istəyir.
(A9 TV; 23 sentyabr 2013)
Möminin hədəfi nədir? Həmişə gözəllikdir. Gözəllik və sevgi bir-birinə bağlıdır. Sevgi yoxdursa gözəlliyin heç bir mənası olmaz. Gözəllik varsa sevgi də vardır.
(A9 TV; 23 sentyabr 2013)
Qadının təkcə zahirən gözəl olması yetərli deyil. İmanı ilə gözəl olmalıdır. Allaha inanmalı, iman etməli, Allahdan qorxmalı, Allahı çox sevməlidir ki, gözəl olsun. Yoxsa gözəl ola bilməz.
(A9 TV; 23 sentyabr 2013)
Qiyamətdən sonra bütün fizika qanunları dəyişər. Elm adamlarının söylədiyi hər şey orada etibarsızdır. Yeni fizika qanunları, yeni kimya qanunları olacaq.
(A9 TV; 23 sentyabr 2013)
Ənənəyə əsaslanan İslam anlayışı yalnız və yalnız mehdiyyətlə ortadan qalxar.
(A9 TV; 23 sentyabr 2013)
Ələvilər çox dəyərli insandırlar. Onların söhbəti, sözü ürəyə rahatlıq gətirir. On dəqiqə söhbətlərinə qatılanlar mənəvi cəhətdən rahatlayır. Sevginin, mərhəmətin, sülhün, qardaşlığın mürşidləridir, döyüşə şiddətlə qarşıdırlar.
(A9 TV; 23 sentyabr 2013)
Ələviliyin ən gözəl istiqamətlərindən biri də, xurafata qarşı çıxmalarıdır.
(A9 TV; 23 sentyabr 2013)
Ələvilər hz. Əli (r.ə)-i coşğu ilə sevərlər. Babalarının böyük hissəsi də seyiddir. Peyğəmbərimiz (s.ə.v)-in nəslindəndir. Dəyərlərini bilmək lazımdır.
(A9 TV; 23 sentyabr 2013)
Allah uşağı da tərbiyə edər. Quranda hz. İsmayıl (ə.s)-ın, hz. Yusuf (ə.s)-ın başına gələn hadisələrdə olduğu kimi, uşaqlar da imtahan olunar. Allah uşaqları da çətinliklərlə, asanlıqlarla sınayar ki, böyüyəndə onu xatırlasın. Böyüdüyündə onu xatırlaması imtahanın bir şərtidir.
(A9 TV; 23 sentyabr 2013)
İmam Məhəmməd Mehdi (ə.s) ilə dünya bitir. Qiyamətin gecikməsinə səbəb İmam Mehdi (ə.s)-dır, inşaAllah.
(A9 TV; 21 sentyabr 2013)
Anadolunun fəthi, İstanbulun fəthi Mehdi (ə.s) üçündür. Əvvəllər hər tərəfi dəniz idi. Əcdadlarımız daha sonra hər tərəfə ağac əkdilər, yollar saldılar.
(A9 TV; 21 sentyabr 2013)
Allah: "Yüngül zəlzələ yaradıram, istəsəm sizi yerlə-yeksan edərəm. Sizə olan şəfqətimə görə bunu edirəm, diqqətinizi Mənə verin, sevginizi Mənə verin, dünyaya bağlanmayın" deyir. Allah zəlzələlərlə bu mesajı verir.
(A9 TV; 21 sentyabr 2013)
Müsəlman göz görə-görə şərabı necə içsin? Boğazına tıxanar, istəsə də içə bilməz. Mömin zina ilə iflic olar. Əli qolu bağlanar, qüdrəti çatmaz. Günaha girmə gücü olmaz, bəsirəti bağlanar, edə bilməz, inşaAllah.
(A9 TV; 21 sentyabr 2013)