Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanda reallaşan möcüzələri gizlədilir. Gündəmdə olan qəzetlərdə, Avropadakı qəzetlərdə, “The Guardian”da "Peyğəmbər (s.ə.v) Axırzamanda çıxacaq iki uclu quyruqlu ulduzu necə bilmişdi" deyə bir başlıq yazılsa, sırf bu başlıqla milyonlarla, milyardlarla insan iman edər.
(A9 TV; 15 sentyabr 2013)
Bədiüzzamana böhtan atıldıqca Allah ona sağlamlıq bəxş etmişdir. Bədiüzzaman həyatında bir dəfə də xəstəxanaya, həkimə getməmişdir. Çox sağlam idi.
(A9 TV; 15 sentyabr 2013)
Allah yolunu tutan insanlara çoxlu böhtanlar atılar. Bədiüzzamana da çoxlu sayda böhtan atılmışdı. Risalə-i Nurda 90 böhtan və təhqirə cavab vermişdir. 90 böhtan, axirətdə 90 min savab deməkdir, inşaAllah.
(A9 TV; 15 sentyabr 2013)
CHP-in iqtidara gələ bilməməsinin səbəbi, lazımsız yerə marksist dəstəyi almasıdır. Halbuki, CHP Atatürkün partiyasıdır. Atatürk İslama xidmət etmişdir. CHP də bunu etməlidir.
(A9 TV; 15 sentyabr 2013)
Bəzi alimlər ağlayaraq, rəzil üslubdan istifadə edərək İslam aləmini aciz və məğlub olmuş kimi göstərməyə çalışırlar. Göstəriş üçün ağlayanlara qarşılıq, mehdiyyət gümrah bir güc olaraq çıxacaq.
(A9 TV; 15 sentyabr 2013)
Qatı dinçilər uydurma hədislərlə guya Peyğəmbərimiz (s.ə.v)-i hörmətdən salmağa çalışırlar, haşa.
(A9 TV; 15 sentyabr 2013)
Hal-hazırda bəzi alimlərin bəsirəti bağlıdır. Peyğəmbərimiz (s.ə.v)-in reallaşan hədislərini gizləyərək guya mehdiyyəti əngəlləməyə çalışırlar. Amma bir neçə ildən sonra peşman olduqlarını bildirəcəklər.
(A9 TV; 15 sentyabr 2013)
Mehdi (ə.s)-ın çıxışı ilə birlikdə alimlərin bir qismi mehdiyyətdən və dəccaliyyətdən bəhs etməyi dayandırdılar. Öz ağıllarına görə mehdiyyəti gizlətməyə çalışırlar. Çox əbəs yerə çırpınırlar. Gələcəkdəki nəsillər alimlərin bu susqunluğunu və səmimiyyətsizliklərini heyrətlə xatırlayacaqlar.
(A9 TV; 15 sentyabr 2013)
Alimlərin bir qismi Peyğəmbərimiz (s.ə.v)-in hədislərində xəbər verdiyi hadisələrin reallaşdığını gizləyirlər. Elm dünyası, hədislərdə bildirilən hadisələrin eynisilə reallaşdığını bilsə ayağa qalxar. Amma alimlərin heç birinin səs-səmiri belə çıxmır.
(A9 TV; 15 sentyabr 2013)
Öcalan yaxşılıq etmək istəyirsə, İslam Birliyini var gücü ilə açıq-aşkar dəstəkləsin və günahlarına görə tövbə etsin. Türk millətinin birliyi üçün, fitnənin millətimizin üzərindən qalxması üçün dua etsin.
(A9 TV; 15 sentyabr 2013)
Həddindən çox liderlər var, amma Allah heç birinə dünyanı nizamlama, düzəltmə gücünü vermir. Çünki Allah qədərdə İslamın dünya hakimiyyətini Mehdi (ə.s)-a nəsib edəcəyini yazmışdır.
Sevgisizlik, mərhəmətsizlik, şiddət hər yeri bürümüşdür. Bunun yerini sevginin tutması üçün sevgiyə sahib olan, sevgini istəyən insanların cəhdlərini artırmaları lazımdır. Mehdi (ə.s), İsa Məsih aşiqlərinin, tələbələrinin var gücləri ilə cəhd göstərmələri lazımdır. Cəhd göstərdiklərində gözəl nəticə əldə edəcəklər.
(A9 TV; 14 sentyabr 2013)
Massonlar Axırzamanda bütün dünyanı qurtaracaq bir insanı, Adonayı gözləyirlər. Deməli, massonlar və tampliyerlər Mehdi (ə.s)-a tələbə olacaqlar.
(A9 TV; 14 sentyabr 2013)
Mehdi aşiqlərinin birlik üçün, sevgi üçün çoxlu cəhd göstərmələri lazımdır.
(A9 TV; 14 sentyabr 2013)
Kimyəvi silahların təslim edilməsi mövzusu lazımsız yerə vaxt keçirməkdən, baş qarışdırmaqdan ibarətdir. Əsas olan İslam ölkələrinin dərhal birləşməsidir.
(A9 TV; 14 sentyabr 2013)
Qatı dinçilər Allahın Quranda halal buyurmasına baxmayaraq bir çox yeməyi və zinəti haram etməyə meyillidirlər. Allah ayədə "bütün zinətləri Mən yaradıram, sizə kim haram etdi?" deyir. Kim edir? Xurafatçılar edir.
(A9 TV; 14 sentyabr 2013)
Osmanlını daxilindən yıxan qatı dinçilər idi. Hal-hazırda da qatı dinçilərin İslam aləmini məhv etdiyinə şahid oluruq. Qatı dinçilər ikrah hissi doğurduqlarına görə, cəfəngiyat danışdıqlarına görə insanlar onlara nifrət edirlər.
(A9 TV; 14 sentyabr 2013)
Fitnənin mənbəyi İrandır. Bölgədə kommunizmin himayəçiliyini o edir.
(A9 TV; 13 sentyabr 2013)
Allah xoşbəxtliyin açarını qısa şəkildə söyləmişdir: Mehdi və İsa Məsih. Bu qədər. Allah: "Onları başa keçirin, xoşbəxt və rahat olun. Yox əgər onlara qarşı müqavimət göstərsəniz sizləri yandırıb yaxaram, əzaba düçar edərəm, cəzalandıraram" deyir. Bəziləri: "Biz müqavimət göstərəcəyik" deyirlər. Müqavimət göstərən əzaba düçar olar. Müqavimət göstərməkdən imtina edən isə xoşbəxt olar.
(A9 TV; 13 sentyabr 2013)
Peyğəmbərlərin və vəlilərin imanı çox güclü olur. Çünki çox yaxşı mühakimə etmə qabiliyyətləri olur. Allahın varlığının dəlillərini yaxşı düşünürlər, qavrayırlar. Bəzi insanların zehni dağınıq olur, beynində imanını ələ ala bilmir, imanı zəif olur.
(A9 TV; 13 sentyabr 2013)
Allah yaratdığı hadisələrlə hamiyəti İslamiyyəni hərəkətə keçirərək, zülm içində olan müsəlmanların vəziyyətini görməməzliyə vuran, veclərinə almayan müsəlmanlara lənət oxuyur.
(A9 TV; 13 sentyabr 2013)