Quran oteldə, iş yerində, xəstəxanalarda, təcili yardımda , hər yerdə olsun. Quranın olmadığı bir yer olmasın.
Müsəlmana həmişə hüsnü-zənnlə yaxınlaşmaq lazımdır. Məğlub olan deyil, qalib gələn olmaq lazımdır.
Xurafatçılarda qadınlar çox fitnəkardır, pisdir. Gözlərinə baxsanız başa düşərsiniz.
Peyğəmbərimiz (s.ə.v) eşq, söhbət, təmizlik, nəzakət insanı idi.
Hədisin səhih olub olmadığını anlamaq üçün Qurana uyğun olub-olmadığına baxmaq lazımdır. Peyğəmbərimiz (s.ə.v)-in əxlaqına, mərhəmətinə, incəliyinə, nəzakətinə, paklığına, ruh dərinliyinə, o coşğun eşqinə uyğundur yoxsa yox. Uyğun gəlmirsə, doğru deyildir.
Qurana uyğun deyilsə, o hədis deyildir. Peyğəmbərimiz (s.ə.v) qadını alçaldan bir hədisi söyləməzdi. Peyğəmbərimiz (s.ə.v) Allaha olan sevgisinə görə qadınlara qarşı aşiq və hörmətli idi. Peyğəmbər (s.ə.v) qadınları alçaldan hədis söyləməz.
Xurafatçılar, müşriklər sevgini dərk etməzlər. Çünki müşriklərdə şeytani bir güc, içlərində nifrət, kin vardır. Nifrət və kindən başqa bir duyğu hiss etmədikləri üçün sevgiyə də heyrətlənər, təəccüblənərlər.
Papiruslarda hz. Musa haqqında "ofsunu ilə təsir edir" deyə bildirilir. İndi bəzi həsəd aparan insanlarda da eyni ifadəni görür və fəxr edirik. Hz. Musa (ə.s)-a atılan şərin eynisinin mənə də deyilməsi çox böyük şərəfdir. Çox əladır. MaşaAllah.
Peyğəmbərlərə həmişə sehrbaz deyilib. Onlara uyan müsəlmanların da həmişə ofsunun təsirində olduğu söylənmişdir.
Xurafatçılar həmişə gizli söhbətləri ilə şərəfsizlik edirlər. Xalq arasında çox danışmazlar. Xurafatçılar çox təmkinlidirlər, nifrətini gizlədərlər. Çünki mənfəəti vardır. Ancaq arxada danışarlar.
Biz Allah üçün sevirik. Xurafatçılar isə puluna, markasına görə sevərlər. Bəzi xurafatçılarda sevgi olmaz. Onlarda sevgisizlik hakimdir.
Mehdi (ə.s) da insanlar tərəfindən tədricən çox seviləcək. Amma ilk öncə xurafatçılardan, alçaqlardan, namərdlərdən, müşriklərdən nifrət görəcək. Amma o nifrət təbliğatı bir müddət sonra sevginin ən yüksək dərəcəsində özünü göstərəcək. İnşaAllah.
Mehdi (ə.s) dəccaliyyətin hücumları və gözü qarşısında böyüyəcək, inkişaf edəcək. Quranın hz. Musa (ə.s) haqqında olan bölümü buna işarə edir. (Taha Surəsi, 39-cu ayə).
Kürd bacı-qardaşlarımıza qarşı sevgi çox vacibdir. O sevimli Kürd babalarımıza, Kürd analarımıza, bacılarımıza dərin sevgi, hörmət və şəfqət duyuruq. Az sayda şərəfsizin onlara nifrət etməsi heç də əhəmiyyətli deyil. Bu, təkcə onların şərəfsizliyini və şəxsiyyətsizliyini göstərər.
İmanın iki əlaməti var ki, mömin çox təmiz, sevgi dolu olar.
Bizim sevgimizin səbəbi imanımız və səmimi əməllərimizdir. Cənabı Allah da bizə lütf edir, ürəyimizə möhtəşəm sevgi salır. Bizə bu sevgi möcüzə olaraq gəlir.
Bizim ölkəmiz bəzi Orta Şərq ölkələri kimi asanlıqla təxribatlara uyan, idarəetməni itirən bir millət deyildir. Osmanlı dövründən etibarən qərarlı və məqbuldur, heç dəyişməyib.
Biz kommunist dostlarımıza da şəfqət hissi ilə yanaşır, onların yaxşılığını istəyirik.
İslam sevgi, sevənlərin məktəbidir. Sevginin ən gözəl yaşandığı dindir.
Baş Nazirimiz min bir əziyyətlərə qatlaşmış insandır. Heç vaxt öz mənafeyini güdməz. Çox çətin xidmətlər edir.
Quran bizə dünyadan necə istifadə ediləcəyini öyrədir. Qurana inanmasaq dünya məhv olar.