Quranda hz. İsanın yenidən dünyaya gələcəyi çox açıq şəkildə izah edilir.
Çox gözəl dövrdə yaşayırıq. Türkiyənin sonu gözəl olacaq, çətin dövrlərdən keçməyimiz bacı-qardaşlarımızı təəccübləndirməsin.
“Yox” deyən də, “bəli” deyən də tərtəmiz insanlardır. Türkiyə müasir ölkədir. Daha çox referendum keçirəcəyik, nəticələri qəbul etməyə alışmaq əhəmiyyətlidir.
Allah şəhidlərimizin o gözəl karvanına bizi də daxil etsin. Allah yataqda ölüm verməsin, şəhadət nəsib etsin inşaAllah.
Türkiyə dünyanın sevgi mərkəzi olsun. Gərginlikdən uzaqlaşaq, sevgini dünyaya öyrədən olaq.
İngiltərə dərin dövlətinin yönləndirdiyi tarix, incəsənət və siyasət anlayışını ləğv edək. İngiltərə dərin dövləti türk siyasətindən əlini çəksin. O əli elmlə, irfanla zərərsizləşdirək.
İncəsənətin ən gözəlini Türkiyə əldə etməlidir. Rəsm əsərlərində, heykəltəraşlıqda, musiqişünaslıqda dünyada qabaqcıl olaq. Yaradıcılıq gecələri keçirilsin, operalar olsun.
Sərt və gərginlik üslubundan çəkinilsə, incəsənətə, keyfiyyətə əhəmiyyət verilsə, dekolteli geyinən də, başı örtülü olan da qorunsa, o zaman çox yaxşı olar.
Putinin müasirlik anlayışı gözəldir, kilsəyə gedir sonra gənclərlə rəqs edir, idman fəaliyyətinə qoşulur. Buna bənzər model çox gözəl olar.
Quran müsəlmanlığı incəsənətin, keyfiyyətin, elmin, gözəlliyin, sevincin, azadlığın, demokratiyanın, vicdanın ən yüksək səviyyədə yaşanması deməkdir.
Başını örtənlərə də, dekolte geyinənlərə də eyni hörmətin göstərildiyi çox yaxşı vurğulanmalıdır. Dekolteyə qarşı olan dənizə girənə də qarşı olar, bu bir müddət sonra insanların həyatımıza qarışılacaq deyə narahat olmasına səbəb olar. Buna görə də, hicablı və dekolteni bərabər səviyyədə ön plana çıxarmaq əhəmiyyətlidir. İnsanlar əllərindən həyat sevinclərim alınmayacağını görməlidir. Bunun üçün müstəqillik çox yaxşı qorunmalıdır. Şən, incəsənət dolu həyat olmalıdır.
Dekolteyə hörmət, incəsənətə təşviq, gözəlliyi ön plana almaq və keyfiyyəti yüksəltmək hökumətin prioriteti olmalıdır. Böyük şəhərlərə nail olmağın yolu budur.
Türkiyə ballistik polad kimi bütövdür. Bölünmə istəmirik. Türkiyə İslam aləminin son müstəqil qalasıdır. İslam Birliyinin ümididir. Bu qalanın parçalanmasına elmlə, irfanla icazə vermərik.
Sevgisizlik çox geniş yayılıb. Fərqli düşüncədən, fərqli partiyadan olduqda bir-birlərindən nifrət edir və bunu normal qarşılayırlar. Bu sevgisizlik düzələcək. Sevgisizlərə sevginin əhəmiyyətini öyrədəcəyik. Belə tiplər özlərini də sevmirlər. Bacı-qardaşlarımız sevgisizlərə etimad etməsinlər.
Ən böyük məqsədim sevgidir; Allahı sevmək, Allahın təcəllilərini sevməkdir.
Allah 40 ildir ki, apardığımız elmi mübarizənin qarşılığında çox gözəl nəticələr yaratdı, dindarlıq hər gün daha çox yayılır.
Allah məni də, bacı-qardaşlarımızı da hz. Mehdiyə tələbə etsin inşaAllah.
Tayyib hocam igiddir, müasirdir. Hökumətimiz də ziyalıdır. Hökumətimiz incəsənətə və keyfiyyətə üstünlük versə, qadınlara prioritet verilsə sahilboyu bölgələrdən asanlıqla səs toplanılar.
Tayyib hocamın bütün ömrü əziyyətlə keçdi, bütün həyatı gözümüzün önündədir. Onu tənqid edənlərin çoxu onun çəkdiyi əziyyətin mində birini çəkə bilməz.
Hər şeyi yaradan Allahdır. Bizim özümüz edirmiş kimi zənn etməyimiz də, Allahın sənətidir.
Taledə Türkiyənin sonu yaxşı və güclü olacaq, çətin günlərdən keçsək belə nəticə mükəmməl olacaq inşaAllah.