Risalə-i Nura insanın bir yolla qovuşması onun dünyasını çox açar. Onun üçün hər kəsdə, qardaş-bacılarımızın evlərində kiçik də olsa bir Risalə-i Nur risaləsi olmasında fayda vardır. Çünki orada səmimi bir dil, müsəlman dili vardır.
Axırzamanda tank, top, İHMV (İctimai Hadisələrə Müdaxilə Vasitəsi) heç biri qalmayacaq. Hamısı sənayedə istifadə ediləcəkdir. Mehdi (ə.s) dövründə silah yoxdur.
Mehdi (ə.s) dövründə kimsə digərini linç etməz. Gözəllik sadəcə sevgi və səmimiyyətdir. Hər yerdə Allah qorxusu, Allah sevgisi olacaqdır. Əbəs yerə insanlar bir-birlərini incidirlər.
Mehdi (ə.s) dövründə birisi digərinin başına bir şey atmaz. Buna görə bir dənə də olsun İHMV (İctimai Hadisələrə Müdaxilə Vasitəsi) olmaz. İHMV-lərdən Axırzamanda, Mehdi (ə.s) dövründə bağ və bağçaların suvarılmasında istifadə ediləcəkdir.
Mehdiyyət dövründə polis, İHMV (İctimai Hadisələrə Müdaxilə Vasitəsi), qaz bombası olmaz. Nə üçün? Sevgi hakim olduğuna görə. İndi sevgi hakim deyil. Qorxu və şiddət hakimdir.
Şeytan böyük bir orduya sahib oldu. Mehdi (ə.s)-ın ordusu çox kiçikdir. Amma görəcəksiniz, o kiçik ordu dəccalın ordusunu fikri mübarizədə yerlə-yeksan edəcəkdir. Şeytanın ordusu dəccalın ordusu deməkdir.
Allah əvvəlcə bəlanı, pisliyi yetərincə göstərir. Sonra təmizliyi, üstünlüyü, gözəlliyi göstərəcək. Hal-hazırda dünya cəhənnəmi yaşayır. Bir müddət sonra cənnəti yaşayacaqdır.
Səmimiyyət çox əhəmiyyətlidir. Ona görə əhəmiyyətlidir ki, qurtuluş yoludur. "Allah Qatında ən yaxşı olan, ən təqvalı olandır" deyir. Allah təqvalı olmağın əsas şərtinin səmimiyyət olduğunu qeyd edir.
İnsanların bir çoxu dindən uzaq yetişdirilir. Allah sevgisindən, Allah qorxusundan uzaq yetişdirilir. Bir çoxu mərhəmətsiz və qəddardır. Belə bir mühitdə günahsız, mələk kimi uşaqları təkbaşına küçəyə buraxmaq olmaz.
Azərbaycan bizim canımızdır. İki dövlət, bir millətik. Bizim Rizemiz, Konyamız kimidir. Amma hal-hazırda bizdən ayrılmışdır. Süni bir ayrılıqdır. Bunu aradan qaldıracağıq. Xarici İşlər Nazirimiz yorulmadan cəhd göstərir, amma hz. Mehdi (ə.s)-a nəsib olacaq.
CHP ilk öncə müasir İslam anlayışıyla ortaya çıxıb, Atatürkün fikirləri istiqamətində İslam Birliyini, Türk-İslam Birliyini, Quran həqiqətlərini müdafiə etməlidir.
İslamda vəfa, sədaqət vardır. Amma siyasətdə bu yoxdur. Mehdiyyət dövründə bu tamamilə düzələcəkdir. Vəfa da, sədaqət də, şəfqət də olacaqdır. İnsanlar dəyərsiz olmaz, insanların qədir-qiyməti çox yaxşı bilinər.
Siyasətdə vəfa olmaz. Vəhşi kapitalizmin ruhu siyasətə tam hakimdir. Siyasətdə dəstək olmaq körpünü keçənə kimi olar. Körpünü keçdikdən sonra səni tanımaz. Dostluğu da, vəfanı da, yoldaşlığı da, qardaşlığı da unudar.
CHP həyat doludur. Əgər müasir İslam anlayışı ilə ortaya çıxarsa həddindən çox səs toplayar.
Abdullah Öcalan ailə quruluşunu, dini qəbul etmir, kommunist idarəetmə istəyir. Türkiyənin Cənub-Şərq bölgəsində yeni Şimali Koreya yaradılmasına icazə vermərik. Allah qorusun bu baş verərsə çox qısa müddət ərzində bütün Türkiyəni əhatə edər. Bütün Türkiyə əldən gedər.
Muxtariyyət bölünmə deməkdir. Cənub-Şərq bölgəsində kommunist Kürdüstan dövləti qurulmasına icazə vermərik. Kommunist, Stalinist idarəetməyə icazə vermərik.
Mömin fərasəti, bəsirəti, imanın nuru ilə Mehdi (ə.s)-ı tapar. İnsanlar Peyğəmbərimiz (s.ə.v)-i, tələbələri Bədiüzzaman Səid Nursini necə imanın nuru ilə tapdılarsa mömin də Mehdi (ə.s)-ı imanın nuru ilə tapar.
Mömin Allah rizası üçün yaşayar, Allah rizası üçün də ölər. Allah rizası üçün yaşamadığı zaman həyatı cəhənnəmə dönər. Hər şey Allah rizası üçün olarsa o zaman həyat gözəl olar. Cənnət də Allahın rizasıyla gözəl olur.
Cənub-Şərq bölgəsində kürd qardaşlarımıza cənnət həyatı quracağıq. Diyarbakr, Mardin, Siirti Paris, London kimi edəcəyik. PKK-nı elmlə, qanunla, hüquqla məğlub edəcəyik. Orada PKK-ın təhdidi, PKK xainlərinin azğınlığı qalmayacaq. Xalqa PKK qorxusu yaşatmayacağıq, inşaAllah.
Bu dövrdə artıq qardaş olaraq Türkiyə, Pakistan, Misir, İsrail hamısı birləşəcək. Böyük İslam Birliyi, böyük İttihadi-İslam yaranacaq. Bu birliyin xüsusiyyəti güclü sevgiyə, dostluğa, yaxşı niyyətə söykənməsidir.
Öcalan buraxılıb Cənub-şərqdə PKK-ın başına keçsə, Cənub-şərqi itirərik. Çox təhlükəlidir. Ona doğru gedişat və hazırlıq var. Millətimiz çox diqqətli olmalıdır.