Ruhlarında iman gücü olmayan insanların Allah sevgisini, iman həqiqətlərini, cənnət gözəlliklərini izah edən cümlələri olmur. Lakin mübahisə, söz ilişdirmə, dedi-qodudan söhbət gedəndə çox qabiliyyətli olurlar.
Heyrətverici şəkildə qadın sevgisində, uşaq sevgisində, insan sevgisində çatışmazlıq görünür. Bu sevgisizlik ruhu mehdiyyətlə aradan qalxacaq.
Müsəlmanların parçalara ayrılıb bölünməsi hazırda İslam aləminin ən böyük problemidir. Qurana tabe olub bölünməyə son qoymaq lazımdır. (Rum surəsi, 32: (O müşriklər ki,) öz dinlərini firqələrə ayırmış və özləri də parça-parça olmuşdurlar ki, hər qrup öz əlindəki ilə öyünüb sevinir.)
Məzhəb təəssübkeşliyi müsəlmanlar arasında ciddi gərginliklərə və qarşıdurmalara səbəb olur. Peyğəmbərimiz (s.ə.v) dövründəki kimi təkcə Qurana tabe olunmalıdır.
Atatürk incə düşünmüş, uşaqlar üçün ayrı, gənclər üçün ayrı bayram elan etmişdir. Bu incə düşüncə Atatürkün gənclərə verdiyi dəyəri göstərir.
Hz. Mehdinin gəlişi İslama, xristianlığa və musəviliyə görə bu əsrdə olacaq. Bu əsrdən başqa vaxt yoxdur.
Çətin günlər və böyük hadisələrlə qarşılaşacağıq və nəticəsi xeyirli və gözəl olacaq. Türkiyə bərəkətli, uğurlu ölkədir.
Möminin hər hərəkəti Allahın məmnuniyyəti üçündür. Allah möminin tək eşqidir. Allah rizası üçün edilən hər səy Eşqimizə göstərdiyimiz sevgidir.
İslama görə dönülməyəcək heç bir səhv, günah yoxdur. Tövbə etsən dönərsən.
Heç bir müxalif səsin susmasını istəmərik. Müxalif səslərin çox olması demokratiyanın gözəlliyidir.
Uşağın könlünü alaraq, mərhəmət edərək tərbiyə etmək gözəl olandır. Əks halda uşağa şüur altında çox mənfi təsir yaradar.
Əzab, əziyyətlər və səbir insanları gözəlləşdirər. Əziyyət çəkən insanlarda kəskin gözəllik olar. Əziyyət çəkməyənlərdə isə kütlük meydana gələr.
Səbir əvvəlcə yorucu kimi görünər. Lakin əslində müsəlman səbirlə ruhən və bədən cəhətdən daha sağlam və gümrah olar, bərəkət tapar.
Heç bir möcüzə ağılın ixtiyarını yox edəcək şəkildə olmaz. Hz. İsa dövründə göydən süfrə endirilməsi də oradakıların məqbul görəcəyi şəkildə olub.
Mən İslama xidmət etməsəm yorularam. İslama xidmət etməklə şövqüm, həyəcanım, xoşbəxtliyim daha da artır. Sevdiyinə xidmət etmək ən böyük həzdir.
Osmanlı arxitekturası xüsusilə evlər və məscidlər baxımından mükəmməldir. İncəsənət tərəfi həqiqətən gözəl olduğu üçün Anadoluda yayılmalıdır.
Diqqət dağınıqlığını aradan qaldırmaq üçün həmişə diqqət məşqi etmək lazımdır. Diqqət həmişə işlətdikcə Allahın istəyi ilə inkişaf edər.
Mömin əfv edəndir, kin saxlamaz, qəzəblənməz. Möminlər arasında uzanan məsələ olmaz.
Kürd qardaşlarımız sevgi dolu, təvazökar, mehriban insanlardır. Onları dəccaliyyətin əlində qoyub tərk etməyəcəyik inşaAllah.
Zorakılığı zorakılıqla aradan qaldırmaq dəccaliyyət üsuludur. İslama görə pis yaxşı ilə, sevgisizlik sevgi ilə, ağılsızlıq ağılla yox edilər.
Müsəlmanın zəngin olmasında problem yoxdur. Allahın razı olmadığı, pulu yığıb toplamaqdır. Müsəlman malını Allah yolunda xərcləyər. Canını və malını Allaha həsr edənə Allah yağış kimi bərəkət verər. Mənim heç bir bankda adıma pulum, malım yoxdur, hamısını Allah yolunda xərcləyərəm.