Sevgi müsəlmanların qəlbinə yaxşı şəkildə nəqş edilməlidir. Kainatın qanunu, kainatın meydana gəlmə məqsədi sevgidir. İmam Mehdi və İsa Məsih sevgini hamıya izah edəcək.
İmam Mehdi (ə.s), İsa Məsihə də şərait yaradan adamdır. İsa Məsih qonaq olaraq gəlir, elə də aktiv vəzifəsi olmaz. Dünyanın xarici siyasətinə təsir göstərər, məsələn, Putin kimi, İngiltərə Kralı Çarlz kimi şəxslərə təsir göstərər, tələbələriylə. Amma çox ciddi təsiri olmaz. Çünki İsa Məsih özünü bəlli edə bilməz. Amma Mehdi (ə.s) belə deyildir.
Bu vətəndə bölünməyə icazə vermərik. Əgər belə bir şeyə icazə versəm, Allah da həyatı mənə haram etsin. Heç vaxt icazə vermərik, heç birimiz.
Kürdlər baş tacıdır. Kürd mənim canımdır, mən kürd üçün canımı verərəm. Amma PKK alçaqlarına qanunla, hüquqla dünyanı dar edəcəyik. Bunu bilməlisiniz.
Allah: "İnsan zalım və cahildir" deyir. Allah, nankor olduğunu söyləyir. Nankor olmaqdan Allaha sığınmaq lazımdır. Zalım və cahil olmaqdan Allaha sığınmaq lazımdır.
Allahı haqqıyla sevmək çox əhəmiyyətlidir, ən böyük mövzu budur. Allaha yaxşı diqqət vermək, ucalığını yaxşı qavramaq, böyüklüyünü yaxşı qavramaq və çox sevmək. Allah ayədə: "Allahı lazımınca qiymətləndirmədilər" deyir. Məhz bu Allahın xoşlamadığı şeydir. "Bu qədər nemət verirəm, bu qədər gözəllik verirəm, məni qiymətləndirməlisiniz". İnsanlar bunu edə bilmir.
İnsan ölür, atom ölmür. Həm də müntəzəm, böyük bir enerjiylə həyatına davam edir. Atom xəstələnməz, xərçəng xəstəsi olmaz, mədə yarası xəstəsi olmaz, qarnı ağrımaz. Rəbbinə təvəkkül etmişdir, dərviş kimi dayanmadan fırlanır. Nə vaxtdan bəri? 15 milyard ildən bəri. Nə edirsən et, dağlar daşlar bir-birinə qarışır, hər yer yanıb kül olur və o hələ də fırlanmağa davam edir, vecinə belə deyil onun. MaşaAllah, Allahın verdiyi qüvvətə bax.
Dünya, ucsuz-bucaqsız kainatda bir toz kimidir. Biz bir toz zərrəciyi içindəyik və tozdan daha kiçiyik. Amma Allah hamısına hakimlik edir, O heç yatmır, biz yatırıq. Biz xəstələnirik, biz ölürük. O, heç vaxt xəstələnmir də, ölmür də. Kainatdakı bütün atomlara hakimlik edir. Allahın gücü çox böyükdür. Təqdir edəcək ağıla sahib olmaq, təqdir edəcək diqqətə və iradəyə sahib olmaq çox əhəmiyyətlidir.
Allah sevgisi olduqda, Allah qorxusu olduqda, Allah eşqi olduqda hər şey gözəl olur. Bütün məsələ Allahı səmimi-qəlbdən sevmək və səmimi-qəlbdən iman etməkdir.
Türkiyənin sahibləri çox güclüdür. Vətənpərvər gənclik Türkiyənin sahibidir, BBP-lilər Türkiyənin sahibidir, Səadət Partiyasının dindar gəncliyi, CHP-nin fəal, diribaş gəncliyi, Ədalət və İnkişaf Partiyasının dindar gəncliyi, hamısı Türkiyənin sahibidir. Buna görə heç kim Türkiyəyə oyun oynaya bilməz.
PKK, kürd siyasi hərəkatı deyil. Kommunist bir hərəkatdır. İrqçilik ilə ortaya çıxırlar. Xalqı daha asanlıqla razı sala bilmək üçün bir həmyerlilik ruhuyla meydana çıxırlar. Açıq və aydın şəkildə stalinist, kommunist, materialist, Allahsız, kitabsız bir quruluşdur. Namərdliyi və xainliyi əsas götürmüş, fitnəkarlığı əsas götürmüş alçaq bir təşkilatdır. Məsələ budur.
Hökumət məktəblərdə paleontologiya dəlilləri nümayiş etdirsin. Türkiyədə on minlərlə paleontologiya dəlil vardır. Muzeylərdə saxlayırlar. Bunlar insanların görəcəyi şəkildə məktəblərdə, küçələrdə, hər yerdə nümayiş etdirilsin. İnsanlar yaradılışın dəlillərini özləri görsünlər.
Türkiyəni bölünməsinə icazə vermərik. Amerikan modeli bir federasiyanı heç vaxt qəbul etmərik. O Türkiyəni parça-parça edər. Qatilləri də sərbəst buraxmarıq. Həbsdə qalacaqlar. Bu qədər.
Müsəlmanlar Allah tərəfindən hər cür tələdən qorunar. Son ana qədər qorunar.
Qurana tabe olmayan bir insan ağıllı ola bilmir. Zəkalı olar, amma ağıllı ola bilməz.
Kafirlər və münafiqlər müsəlmanlarla mübarizə aparacaq. Əziyyət verəcəklər, böhtan atacaqlar, oyun oynayacaqlar, problem çıxaracaqlar, əleyhinə xəbər hazırlayacaqlar. Allah, bu əziyyətlərinə "fikir vermə" deyir. "Fikir vermə" nə deməkdir? Fərz deməkdir. Təsirə məruz qalmamaq fərzdir, əgər fikir versə, onda harama girər. Belə ədəbsizlərin qurduğu oyunlara fikir verməmək, diqqətə almamaq, əhəmiyyət verməmək fərzdir.
Mömin duanı çox əhəmiyyətli görməlidir, Allahın dəyər vermə səbəbi, möminin Ona dua etməsidir.
Ağılla Quranın yaxın əlaqəsi var. Ağılın olması üçün insanın Qurana tabe olması lazımdır. Quran bərabərdir ağıl, ağıl bərabərdir Quran.
Darvinist, materialist təhsil verildiyi təqdirdə hər yeri bərəkətsizlik, uğursuzluq, bəla bürüyər. Darvinizm, materializm Allaha meydan oxuyan bir sistemdir, haşa. Eləcə də, bütün dünyaya hakimdir. Bu Türkiyəyə yaraşmır. Bizim darvinizmi, materializmi heç vaxt qəbul etməməyimiz, gənclərimizə doğrusunu öyrətməyimiz lazımdır.
Milliyyətçi gənclər, Alperenlər, əgər alınarsa Səadət partiyasının gəncləri də bir araya gəlsinlər. Qərarlı duruş sərgilənən bir platforma meydana gətirsinlər qanuna, hüquqa uyğun şəkildə. Ədalət və İnkişaf Partiyası, CHP partiyasının gəncləri də buna qoşulsun. Bölünməyə qarşı fövqəladə bir dayanıqlılıq və müqavimət göstərən bir açıqlama verilsin.
Müsəlmanlara qarşı PKK ilə əməkdaşlıq etmək çox böyük bir əxlaqsızlıqdır, alçaqlıqdır. Müsəlman bu cür cəllad qruplaşması ilə, namərd, pis lağım komandası ilə bir ola bilməz.