Şeytan insana cürbəcür təsir göstərər. Ən bərbad təsirlərindən biri də durğunluq verməsidir. Mömin bunu iradəsiylə, ağlıyla yox etməlidir.
Quranın çərçivəsindən kənara çıxan insanın mühakimə qabiliyyəti yox olar və nəzarətdən çıxar. Mömin şeytanın bu oyununa icazə verməz.
İslam aləminin başındakı fəlakətlərin əsas səbəbi, Qurana tabe olunmamasıdır.
Türkiyə hər hansı ölkə deyil. Türkiyənin bölündüyü təqdirdə, İslam Birliyi bitər. Türk aləminin də birləşməsi bitər. Buna səbəb olacaq heç nəyi qəbul etmərik.
Sevgisizlik insanı pis insan halına salar. Qızları, oğlanları nursuz edər. Kinli, nifrət ruhu, küskün ruhu, ölmüş insan forması verər. İnsan bu bəlanı birbaşa özü hiss edər. Öz-özünə çökər. Yəni bu, özünü yandıran sistemdir.
Gənclər üfüqlərini genişləndirsin. Daha geniş və ağıllı düşünsünlər. İlk öncə qəlbləri sevgiyə açıq olmalıdır. Bu narahatlıq verər. Bunu görüb kəskin şəkildə buna qarşı tədbir almalıdırlar. "Mən niyə qəzəblənməyə bu qədər meyilliyəm, sevgisizliyə bu qədər meyilliyəm? Sevgiyə niyə bu qədər qapalıyam?" deməlidir.
İslam saf sevgidir. Həmişə insanların xeyrinə, yaxşılığına olan sistemin adıdır. İslam, insanları ən yüksək səviyyəyə çıxardacaq sistemdir.
Türkiyə xarici qüvvələr tərəfindən mühasirəyə alınmış vəziyyətdədir. Xüsusilə belə mühitdə mətbuat tənqidlərinə anlayış göstərməlidir. Zatən bir ovuc müsəlman var, sən onları oyunla, iftira ilə terrorist kimi göstərməyə təşəbbüs etsən, bu səhv olar.
Gənclərə milli şüur dərsi verilərək, onlara, kommunizm, darvinizm və faşizm təhlükəsinin nə olduğu, terrorun ideologiyasının nə olduğu, zorakılığın, sevginin və mərhəmətin nə olduğu öyrədilməlidir. Milli hədəflərimizdən, məsələn, Türk-İslam Birliyindən bəhs edilməlidir.
İndi görüləcək iş gəncləri maarifləndirmək, milli şüur dərsi keçməkdir. PKK mütəmadi təhsil verir. Kommunist terroristlər təhsil ilə bu hala gəlirlər. Biz də gənclərə həftədə üç saat milli şüur dərsi keçsək, olduqca faydalı olar.
Dini çətinləşdirmək, içindən çıxılmaz hala gətirmək və dini yaşamayan kütlə meydana gətirib, dini yox etmək şeytani sistemdir. Halbuki, Allah bizə Quranla çox asan bir din təqdim edir. Bütün cəmiyyətlərin yaşayacağı bir din. Bunu tərk etdirib, yerinə, yaşana bilməyəcək, cəhənnəmə çevrilmiş bir din anlayışı gətirirlər.
İslamı yaşana bilməyəcək hala gətirdikdə bunu qəhrəmanlıq zənn edir. Haramların çox olmasını istəyir. Öz meydana gətirdiyi haramlara da tabe olmur. Yoxsa "hər şey halal olar" deyir. Qardaşım, hər şey halaldır, doğru. Çox az haram var. İslamda belə çətinlik yoxdur. Namazlar da olduqca asandır. Dini çətinləşdirib məhv edirlər.
Allah: “Quran barəsində sorğu-sual olunacaqsınız” deyir. Bəzi müsəlmanlar da “Allahın kitabı kafi deyildir” deməyi təqva zənn edirlər.
Allaha ibadət etmək, namaz qılmaq bizim xoşumuza gəlir. Nə gözəl, namaz, minlərlə ildir, davam edən gözəllikdir.
Keyfiyyət və incəsənət nazirliyi tezliklə yaradılmalıdır. Keyfiyyətsiz cəmiyyət yaranıdıqda Türkiyəni məhv edərlər. Qərb ölkələri bizi yox, PKK-nı seçirlər. Biz keyfiyyətli olaq, Avropalaşmış olaq, bizi seçsinlər. Bu mühüm məsələdir.
Qərb ölkələri, Türkiyənin mövhumatçılığa meyletməsindən qorxur. Türkiyə müasir olsa, PKK-ya verdikləri dəstəyə də son qoyarlar.
Silah tutmağı belə bacarmayan gənc qızları bomba partlatmağa yönləndirən sistem darvinist materialist təhsildir.
Din, ənənəvi İslam anlayışına sahib insanlar tərəfindən cəhənnəm kimi təqdim edilir. İnsanın ağlını, fərasətini, bəsirətini bağlayan, bütün mühüm yönlərini yox edən, incəsənəti, estetikanı və gözəlliyi məhv edən, sanki insanın xoşbəxtliyinə düşmən olan bir sistem kimi. İnsanı şizofren hala gətirən, məhv edən sistem. Ənənəvi sistemdə bir insanın ruh və bədən sağlamlığının normal qalması qeyri-mümkündür.
Dindar musəvilər çox gözəl insanlardır. Allahı çox sevirlər, çox gözəl əxlaqlıdırlar, dürüstdürlər, Allaha fövqəladə eşqlə bağlıdırlar. Nə gözəl, 3500 il hz. Musa (ə.s)-a sədaqət, Tövrata 3500 illik sədaqət.
Dindar musəvilər gözəl insanlardır. Minlərlə ildir ki, sədaqətlə hz. Musa (ə.s)-a bağlıdırlar. Lakin şeytan iman gətirənlər arasında düşmənçilik yaratmağa çalışır.
İslamda himayəçilik sistemi var. Möminlər bir-birlərini öz qardaşları kimi qorumaqla mükəlləfdirlər.