Türkiyə Marksist, kommunist olsa, Allah göstərməsin, heç bir şeyin mənası qalmaz. Buna görə hökumətin ən vacib məsələsi Darvinizmə və materializmə qarşı elmi mübarizə olmalıdır.
Müsəlmanlara qurulan hər tələ Allah Qatında pozulmuş olaraq yaradılar. Allah müsəlmanların əleyhinə olan bir şeyə yol verməz.
Heç vaxt küfr, üsyan, dəccaliyyət tamamilə yox olmaz. Azalır, lakin yox olmaz. Çox az da olsa, məsələn, üç-beş kommunist, dəccal, küfr qalar. İslam da (qiyamətə yaxın istisnadır) heç vaxt tamamilə yox olmur.
MaşaAllah, inşaAllah. O qidasıdır dünyanın. Maddənin qidasıdır. Maddə o zikri eşitdikcə İslam Birliyinə qarşı halal hala gələr, uyğun hala gələr və maddə oraya görə istiqamətlənir. MaşaAllah, inşaAllah zikrinə görə İslam Birliyi qapıları açılar və açılır.
İnşaAllah və maşAllah― o səsə, zikrə qarşı dünya, maddə həssasdır. O zikr davam etdikcə maddə, dünya İslama doğru irəliləyir. Yəni qədər oraya yaxınlaşır.
Əsas məsələ Allah eşqidir. Dünyada ən böyük ləzzət, nemət odur. Allah eşqi olsa məsələ həll olar. Dünyada və axirətdə cənnəti yaşayarsan.
Xəstəyə şəfqət çox əhəmiyyətlidir. Peyğəmbərimiz (s.ə.v)-in sünnəsidir. Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) haqqında demişdir ki, xəstəni başında daşıyacaq.
Sevgi Allah üçün olmalıdır. Allahın təcəllisi olaraq sevmək əhəmiyyətlidir. Uşaqlar, quşlar, insanlar, çiçəklər Allahın təcəllisi olaraq sevilərlər.
Kobud, qalmaqal salan bəzi insanlar vardır. Elə insanlarda sevgi, dərinlik, Allah qorxusu, Allah sevgisi, şəfqət, mərhəmət, nəzakət, ədəb olmaz. Onlar küfr dəryasındakı insan kimi dalarlar. Onun içində o başdakılarla birlikdə yuyunar. Müsəlman bataqlığın içinə girməz.Çirkabın damcısını belə üzərinə sıçratmaz. Çox diqqətli olar .
Mehdiyyət 2082-ci ilə qədər davam edəcək. Ondan sonra pozulma başlayır. O dövrdə Mehdi (ə.s) və İsa Məsih (ə.s) olmayacaq.
Risaləi-Nuru olmayan evində suyu olmayan kimidir.
Firon çox yaxşı, demokratik davransa "Buyurun, xoş gəldiniz. Gəlin danışaq" desə savabın sayı trilyondan bir-ikiyə enər. Daşqın və təcavüzkar olanda isə savab trilyon olur.
Dəccal yoxdur, amma sən "mən dəccaliyyəti qurutmağa gəldim" deyirsən. Xeyr, savab qazana bilməzsən. Çox cəhd göstərsən də savabı çox az olar. Çətinlik, təhlükə, hücum edənlər olacaq, söyənlər, qışqırıb-çığıranlar olacaq, şərəfsizlər, namərdlər aranı qatacaq. Bir xeyli fitnə, haqsızlıq olacaq, bax onda savab yağış kimi yağar.
Dəccaliyyət bir dənizdir. Oradan bolluca savab qazanırıq. Çünki dəccaliyyəti qurutmaq üçün atılan hər bir addım savabdır.
Müsəlman nəsihəti, gözəl sözü qəbul edər.
Dəccal olmasa Mehdi (ə.s) ola bilməz. Mehdilik üçün əsas zəmin dəccaldır. Dəccal üçün də əsas zəmin Mehdi (ə.s)-dır. Firon olmasa hz. Musa (ə.s) olmur. Nəmrud olanda hz. İbrahim (ə.s) olur. Allah birlikdə mənfi-müsbət yaradır. Müsbət peyğəmbərlər, mənfi isə dəccallardır.
Nə gözəl! Tezliklə İslam Birliyi olacaq. Fanatizm, səmimiyyətsizlik aradan qalxacaq.
Hz. Mehdi (ə.s) və İsa Məsih (ə.s)-ın nuru bütün dünyanı bürüyəcək.
Nur kimi dinimiz vardır, xurafata icazə vermərik. Əbəs yerə kimsə qəbul etdirməyə çalışmasın.
Allah Quranda hz. Süleyman (ə.s)-ın zənginliyini tərifləyir.
Mehdiyyət qollarını açaraq gəlir, inşaAllah.