Adnan Oktar
-Türkiyənin solu geri qalmış soldur, çox geri qalmış düşüncəyə sahibdir. Stalin dövrünün soludur. Buna görə də, hamısı olmasa da, böyük hissəsi; mövhumatçı, mühafizəkar və ənənəçidir. Çox qatıdırlar. Geyim-keçimi belə, Stalin bığı. Stalinin üslubunda danışırlar. Stalinin mədəniyyətində qalıblar, 2017-ci ilin insanı deyil. 1920-ci illər, 1930-cu illərin düşüncəsinə sahibdir. Özünü inkişaf etdirə bilməyib. Onun üçün qadınlara qarşı da qatıdır. Məsələn; solçu qadınlarına baxın kişi kimidirlər. Makiyaj etməzlər, hərbi geyimlər geyinərlər. Hamısı olmasa da, bir çoxu baxımsızdır. Pis görünüş var. Sərtdirlər, sevgisizdirlər. Ənənəçi ortodoks təbəqədə də yenə elə qadınların bir çoxu baxımsızdır və onlardan əksəriyyətlə gözəl qoxu hiss etməzsən. Gözəl baxım hiss edə bilməzsən. Hamısı üçün demirəm, bir hissəsi üçün deyirəm, çünki çox yaxşı olan, çox dəyərli olan insanlar da var. Lakin qadın əleyhdarlığı onlarda da çox şiddətlidir. Onlar onsuz da özləri müdafiə edirlər; qadınların ağılsız olduğunu, yarım ağıllı olduğunu, dəyənəklə döyülməsinin lazım olduğundan kişilərdən daha geniş bəhs edirlər. Onlar qadının dediyinin əksinin edilməsinin lazım olduğunu su kimi əzbərləyiblər. Qadınlara aid hökmlər deyə o mövzuda alim olmuş qadınlar var. Özünü təhqir edir və bunu təqva üçün edir, Allahın hökmü budur, onsuz da belə olması lazımdır deyir. Bundan sonra bu ədəbsizliyə yol verməyəcəyimizi göstərdikdən sonra türk gəncliyində böyük oyanma oldu. Baxın, 150.000-dən çox insanla görüşdük. Hamısının pozitiv, olduqca azad, ziyalı, Quran müsəlmanı olduğu, ağıllı, şəfqətli və mərhəmətli olduğu, kömək sevər, nəzakətli, müharibələrə qarşı olan, qan tökülməsindən nifrət edən, dostluq və sevgidən çox zövq alan, incəsənəti, estetika, elmi coşğu ilə müdafiə edən, demokrat, azad düşüncəsini müdafiə edən, respublikaçı ağla sahib keyfiyyətli gənclər olduğunu, qadın azadlığını müdafiə etdiklərini görürük. Dolayısilə apardığımız elmi mübarizə əlhəmdülillah meyvələrini verdi və verməyə davam edir.(A9 TV; 10 yanvar 2018)
Adnan Oktar
-Quranda rəsm çəkməyin və heykəl düzəltməyin haram olduğuna dair heç bir ayə yoxdur. Rəsm də, heykəl də halaldır.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Bu dövr müsəlmanların açıq, aşkar və qalibanə elmi mübarizə aparacağı illərdir. Hal-hazırda mehdiyyət açıq-açıq elmi mübarizə aparır. Gizlənən isə dəccaliyyətdir. Dəccaliyyət özü gizlənir möminlərin üzərinə münafiqlərini, şeytanlarını, əxlaqsız, dəyərsiz, ləyaqətsiz varlıqları salır. Lakin bunların möminlər qarşısında gücü olmaz. Çünki şeytanın gücü zəif yaradılmışdır. Dolayısilə münafiqin gücü də zəifdir.(A9 TV; 27 noyabr 2017)
Adnan Oktar
-İnsanların əksəriyyətində bu qədər acizliklərinə baxmayaraq, qürur və qalib gəlmək arzusunun olması möcüzəvi haldır. Nəcib insan tənqidə müqavimət göstərməz.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Dünyanı yaradan sonsuz ağıl atomdan kosmosa qədər hər şeyi möhtəşəm təşkil etmişdir, sən hər şeyi yaradanla əlaqəni kəssən insan axmaq olar, Allah ilə əlaqəsini kəsən insanın ağlı da, sevinci də, tarazlığı da aradan qalxar.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Gənclər Quranda ittifaq etsələr, sevgiləri qarşılıqlı olar. Eyni inanca bağlı olanların anlaşmamağı mümkün olmaz.(A9 TV; 26 noyabr 2017)
Adnan Oktar
-Dünyaya zər aləmindən gəldik. İnşaAllah gedəcəyimiz yer Cənnətdir. Gəliş məqsədimiz də sevgidir. Sevgini öyrənmək mühüm olduğu üçün dünyadakı vaxt çox əhəmiyyətlidir. Dünyada çox yaxşı sevgi təhsili almasan Cənnətin bağçalarının, gözəlliklərinin heç bir mənası olmaz. Allah sevgidə çətinlik içində olanı dəyərli etmişdir. İnsan olaraq biz də çətinlik içində olanı sevirik. Hz. Yusifin zindanda ömrünün keçməsi, Peyğəmbərimiz (s.ə.v)-ə müşriklərin verdiyi əziyyətlər, həmişə sevgimizi gücləndirir.(A9 TV; 27 noyabr 2017)
Adnan Oktar
-Ruhun bədənə ehtiyacı yoxdur. Bədən əslində ruhun məhsuludur. Ruhdan ortaya çıxan inanc, Allahın yaratdığı təsvirdir.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Mehdi bir çox çətinlik və əziyyətlə qarşılaşacaq. Əziyyətlərinin çox olması həm hədislərdə, həm də musəvi mənbələrində qeyd olunan bir bilgidir.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Sevgi ustadları, sevib-sevilməyi xoşlayanlar sevgi üçün zəhmət çəkmək, sevgidə qətiyyətli olmaq məcburiyyətindədirlər.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Zarafat həmişə şərəfli olmalıdır. İnsanları kədərləndirən bir şey zarafat olmaz.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.(A9 TV; 5 noyabr 2017)
Adnan Oktar
-Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Ülkücü gənclərin sayının artması Türkiyə baxımından mühümdür. Hakimiyyətdə hansı partiya olursa olsun, ülkücü gənclərin xidmətləri hər zaman çox dəyərli olmuşdur. Ülkücülər etibarlı insanlardır. Allah, Kitab, vətən, millət, dövlət, bayraqdan başqa məqsədləri olmaz.(A9 TV; 26 noyabr 2017)
Adnan Oktar
-Hər yerdə qadınların üzərindəki təzyiqi aradan qaldıraq. Qadın mədəniyyətin, həyatın mənbəyidir. Qadın mübarəkdir. Qadınları gənc qız olarkən evlən deyən ailəsi, evləndikdən sonra həm əri, həm də ailəsi ağlasığmaz dərəcədə əzir. Qadın boşanmaq istəsə bu dəfə dul qadın haqqında böyük ittihamlar ortaya atılır. Bu çirkinliklərin hamısını aradan qaldıraq, qadınlar çox fərəhli, hüzurlu yaşasın.(A9 TV; 26 noyabr 2017)
Adnan Oktar
-Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.(A9 TV; 5 noyabr 2017)
Adnan Oktar
-Müsəlmanların mehdiyyətə, havaya, suya ehtiyac duymaq kimi ehtiyacları var. Mehdiyyət Allahın Quranda bildirdiyi bütün dinlərdə olan əsas bir inancdır.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Yuxudan oyandığımız zaman necə rahatlayırıqsa, möminlər üçün ölüm də bu cür rahatlamaqdır. İnanmayanların ölümü isə əzabvericidir.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.(A9 TV; 5 noyabr 2017)
Adnan Oktar
-Dürüstlük insanın üzünü gözəlləşdirər.(A9 TV; 8 oktyabr 2017)
Adnan Oktar
-Müasirliyi də, keyfiyyəti də, incəsənəti də, gözəlliyi də ən böyük ehtişamı ilə yaşayacağıq. İsa Məsih və Mehdi dövründə dünya cənnət kimi olacaq. Dünyanın hər tərəfində mehdiyyətdən danışılır. Allah bütün dünyanı mehdiyyətə hazırlayır. Anadoluda məscidə qədər hər yerdə mehdiyətdən danışılır.(A9 TV; 16 oktyabr 2017)