-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Xüsusən Yaxın Şərq ölkələrində və dünyanın bir çox yerində qadına çox yanlış və qəribə baxış prizması vardır. "Qadını müəyyən yolla tələyə salarsan, evə apararsan, namusunu ləkələyərsən, ondan sonra da qəzəblənər evinə göndərərsən" anlayışı geniş yayılıb. Sonra yenə ürəyin istəsə, yenə çağırarsan gəlməzsə ölümlə təhdid edərsən, döyməklə təhdid edərsən, kimi yanlış məntiqləri var. Bu, çox böyük vicdansızlıq və zülmdür. Qadın Allahın yaratdığı ən gözəl, ən müqəddəs varlıqdır. Həmçinin qadın, ağlı, ehtirası, imanı ilə gözəldir. Qadını qorxudursan, alçaldırsan, mərhəmətsizcə yaxınlaşırsan, bundan sonra da qadından şikayət edirsən. Qadınların əvvəlcə axirətini qorumaq lazımdır. Qadını 20-30 il müddətinə deyil, əbədi sevməlisən. Əbədiyyən sevəcəyinə görə əvvəlcə imanına diqqət yetirməyin, cənnətə getməsinə səy göstərməyin lazımdır. Şərəfli, namuslu yaşamasını təmin etməlisən. Qadının şərəfini, namusunu əlindən alsan, hörmət etməsən heç bir mənası qalmaz. Qadının hörmət edilməsi lazım olan mübarək varlıq olduğunu bilməli və buna görə hərəkət etməlisən. O zaman qadının gözəlliyini Allah sənə açar.
Adnan Oktar
Türkiyənin solu geri qalmış soldur, çox geri qalmış düşüncəyə sahibdir. Stalin dövrünün soludur. Buna görə də, hamısı olmasa da, böyük hissəsi; mövhumatçı, mühafizəkar və ənənəçidir. Çox qatıdırlar. Geyim-keçimi belə, Stalin bığı. Stalinin üslubunda danışırlar. Stalinin mədəniyyətində qalıblar, 2017-ci ilin insanı deyil. 1920-ci illər, 1930-cu illərin düşüncəsinə sahibdir. Özünü inkişaf etdirə bilməyib. Onun üçün qadınlara qarşı da qatıdır. Məsələn; solçu qadınlarına baxın kişi kimidirlər. Makiyaj etməzlər, hərbi geyimlər geyinərlər. Hamısı olmasa da, bir çoxu baxımsızdır. Pis görünüş var. Sərtdirlər, sevgisizdirlər. Ənənəçi ortodoks təbəqədə də yenə elə qadınların bir çoxu baxımsızdır və onlardan əksəriyyətlə gözəl qoxu hiss etməzsən. Gözəl baxım hiss edə bilməzsən. Hamısı üçün demirəm, bir hissəsi üçün deyirəm, çünki çox yaxşı olan, çox dəyərli olan insanlar da var. Lakin qadın əleyhdarlığı onlarda da çox şiddətlidir. Onlar onsuz da özləri müdafiə edirlər; qadınların ağılsız olduğunu, yarım ağıllı olduğunu, dəyənəklə döyülməsinin lazım olduğundan kişilərdən daha geniş bəhs edirlər. Onlar qadının dediyinin əksinin edilməsinin lazım olduğunu su kimi əzbərləyiblər. Qadınlara aid hökmlər deyə o mövzuda alim olmuş qadınlar var. Özünü təhqir edir və bunu təqva üçün edir, Allahın hökmü budur, onsuz da belə olması lazımdır deyir. Bundan sonra bu ədəbsizliyə yol verməyəcəyimizi göstərdikdən sonra türk gəncliyində böyük oyanma oldu. Baxın, 150.000-dən çox insanla görüşdük. Hamısının pozitiv, olduqca azad, ziyalı, Quran müsəlmanı olduğu, ağıllı, şəfqətli və mərhəmətli olduğu, kömək sevər, nəzakətli, müharibələrə qarşı olan, qan tökülməsindən nifrət edən, dostluq və sevgidən çox zövq alan, incəsənəti, estetika, elmi coşğu ilə müdafiə edən, demokrat, azad düşüncəsini müdafiə edən, respublikaçı ağla sahib keyfiyyətli gənclər olduğunu, qadın azadlığını müdafiə etdiklərini görürük. Dolayısilə apardığımız elmi mübarizə əlhəmdülillah meyvələrini verdi və verməyə davam edir.
Adnan Oktar