Uşağa həftədə 30 saat dərs keçirlərsə, bunun ən azı 25 saatını darvinizm təhsili təşkil edir. Bunun yerdə qalan bir saatında isə; “sizə İslamdan danışacağam” deyirsən. Özün də bilmədən dəccala təslim olmuş olursan.
Milli şüur dərsi keçsən, gənclər sağlam olar. Barbut (zərlə oynanılan qumar növü) oynayırlar, tinər iyləməyə cəhd edirlər. Görəsən haradan narkotik tapa bilərəm dərdindədirlər. İnsanın iddiası olmasa belə olar. PKK-lılar niyə tinər iyləmir? Çünki onun pis, çirkin, əxlaqsız da olsa, bir məqsədi var. Buradakı gənclərin də bir məqsədi olmalıdır.
Şəhidi yumazlar, əynindəki əsgər paltarıyla olduğu kimi açıq-aşkar görüləcək şəkildə torpağa basdırılar və ən az belə olsa kədər əlaməti göstərmək olmaz. Çünki şəhidlik Allahın təriflədiyi bir məqamdır.
PKK fasiləsiz surətdə Cənub-Şərqi Anadolu bölgəsində silahlanır. “Proses” deyilən şey yoxdur. PKK, “Proses” deyiləndə; Cənub-Şərqi Anadolu bölgəsinin özünə verilməsini, Abdullah Öcalanın da oraya prezident kimi təyin olunmasını başa düşür.
PKK-lı qızlar qayaların arasında yatır. Bizim gənc qızlarımızın olduqca böyük hissəsinə isə, necə ər tapacaqları, necə evlənəcəkləri, necə iş görəcəkləri, mənfəətini necə təmin edəcəyi kimi mövzular barədə təhsil verilir. Milli təhsil verilməlidir, milli şüur dərsi keçirilməlidir.
Müsəlmanın qətlinə səbəb olmaq, eyni qətl etmək kimidir. Axirətdə qarşılığı əbədi cəhənnəm olar. Səhvi varsa elmlə, irfanla, bilik verməklə düzəldərsən.
İran bizim dostumuz və müttəfiqimizdir. İranı sevməliyik, İran düşmənçiliyi düzgün deyil. İranla dost olmalıyıq. Şiələr çox təmiz, dindar insanlardır. Təqvalıdırlar. Şiə düşmənçiliyi çox murdar şeydir.
PKK-ya kitab atılsa, bu, onlar üçün böyük şok olar. Darvinizmin, materializmin əsassızlığı izah edilsə, yük maşınlarıyla, vertolyotlarla, təyyarələrlə xalqa kitab paylansa, PKK-nın yanlış ideologiyası, darvinizmin, materializmin əsassızlığı izah edilsə yer yerindən oynayar. Dərin Amerika və İngiltərənin oyunları puç olar. Bu bütün dünyada qalmaqal yaradar.
PKK gəncləri, misli görünməmiş siyasi təhsil və misli görünməmiş hərbi təhsil alırlar. Amma bizim gənclərimiz belə bir təhsil almır. Bizim gənclərimizə siyasi şüur verilmir. Bu baxımdan hərbi təhsil də alınmır. Bundan ötrü də, onlar bir dəstə itlə, böyük Türkiyə dövlətinə müqavimət göstərə biləcək hala gəlirlər. ABŞ da onları əl altından dəstəkləyir.
Bədən, ölməyi və yox olmağı qətiyyən istəməz. Hüceyrələr qətiyyən istəməz. İnsana ən şiddətli iztirab verən şey budur. Allah bu iztirabı İslam diniylə ortadan qaldırır.
Axirət inancı olmayan insanın içi qaralır, üzü qaralır, ruhu qaralır. Amma axirət inancına sahib insan, ruhuna çox gözəl bir müjdə vermiş olur, sən sonsuzda yaşayacaqsan deyir. O zaman qəlb rahatlıq tapır.
Gələcək baxımından möminin yeganə hədəfi axirətdir. Axirət möminin sevinci, mükafatıdır. Mömin həmişə cənnətə qovuşmağa ümid bəsləməlidir. Cəhənnəmə getməkdən qorxmalıdır, amma həmişə cənnəti düşünməlidir, fikrini cənnətə verməlidir.
Türkiyə sərhədində və sərhədi daxilindəki ən böyük təhlükə PKK-dır. Bizim Cənub-Şərqi Anadolu bölgəmizi tamamilə işğal etmiş və orada öz hakimiyyətini bərqərar etmişdir. Eləcə də, bütün sərhəd zolağı tamamilə işğal altındadır.
Müsəlman müsəlmanı xilas etməklə mükəlləfdir. Terrorist deyib kənara ata bilməzsən. Zorakılıq tətbiq etdiyinə görə kənara ata bilməzsən. Müsəlmandır, amma xətalıdır. Xətasını, yanlış tərəflərini düzəldərsən.
Mən heç kəsin ölməsini istəmərəm. Terrorist də olsa ölməsini istəmərəm, amma bütün qaynaqları birdəfəlik yox edilsin. Yolları, körpüləri dağıdılsın, yerlə-yeksan edilsin ki, təslim olmalarını asanlaşdıraq. Məsələn, silah-sursat anbarlarını partlatsaq, o zaman azğınlıq edə bilməzlər.
Biz ağlamarıq. Çanaqqala döyüşündə ağlamadıq. Dumlupınar döyüşündə də ağlamadıq, Malazgird döyüşündə də ağlamadıq. Biz niyə ağlayaq ki? Şəhidliyi bu qədər arzulayan bir millət olaraq, onu şərəf bilən millət olaraq nə üçün ağlayaq?
Mən müsəlman bir cəmiyyəti kütləvi halda gözdən çıxartmaram. Hansı haramı işləsələr də, istənilən halda müsəlmandırlar. Biz müsəlmanları sevməklə mükəlləfik. Səhv edə bilər, xəta edə bilər, o səhvini düzəldərik. Danışarıq, başa salarıq.
Bütün dünyada Moşiyah Mehdi gözlənilir. Onu mason düyününü açacaq insan olaraq gözləyirlər.
İlluminatidən də üstün güc vardır. Onlar dünyanın necə şəkil almalı olduğunu pərgarla, transportirlə çəkərlər.
Suriya dağılıb parça-parça olmalıdırsa, buna dərin dünya dövləti qərar verər və bu iş, Amerika dərin dövlətinə həvalə edilər. Orda tender qurular. Tenderi qazanar və icrasına başlayar.
İllüminati adlandırdıqları dərin dünya dövləti vardır; 200-300 nəfərlik. Müharibə qərarlarını onlar verirlər. Müharibənin dayandırılması, hansı ölkə dağılacaq, hansı ölkə qalib gələcək, bütün bunlar orada qərarlaşdırılır. Yeni bir ölkə yaradılacaqsa, o da yenə orada qərarlaşdırılır.