Xurafata əsaslanan Qurandan kənar din anlayışının çox zövqsüz, qaranlıq dünyası var. Bu qaranlıq yavaş-yavaş tamamilə aradan qalxacaq.
Mən monotonluğu xoşlamaram, daxili aləmim çox zəngindir. Musiqidə, dekorasiyada, sevgidə monotonluq istəmərəm, həmişə artım və inkişaf istəyərəm. Fasiləsiz gözəllik prinsipi vardır məndə. Hər şeyin ən gözəl olmasını istəyərəm, ən gözəl olduğu zaman daha da gözəlləşməsini istəyərəm.
Quşların lələklərindəki rəngarənglik və estetika təsadüfən yarandı deyirlər. Təsadüf gözəllik, simmetriya, estetika nədir bilməz.
Eqoistlik gənclərin canını çox yandırır. Özünə deyil, insanların dərdlərinə prioritet verən əxlaq gözəldir.
Qadınların çoxu bədbəxt yaşayır, sevəcək insan tapa bilmirlər. Qadınların sevmə gücünə əngəl törədilmişdir. Qadına hörmət edilən mühit yaransın, qadınlar özlərini etibarda hiss etsinlər ki, həqiqi ruhlarını yaşaya bilsinlər.
Xüsusi təyinatlı məktəblərin sayı mütləq artırılmalıdır. Həm əsgər, həm də xüsusi təyinatlıların sayının artırılması terrorla mübarizədə əhəmiyyətlidir.
Beynin içində dad qəbul edən, eşidən, görən, hiss edən biri var. Materialistlər və təkamülçülər bu həqiqəti heç ağıllarına belə gətirmək istəmirlər. Lenin də maddənin həqiqətini, yəni beynimizdə təsvirlə təmasda olduğumuzu heç düşünmək istəmir, bunu təhlükə kimi görürdü.
Evlilikdə qadın və kişinin ruhu tək insan ruhu olmalıdır və bu ruhun ağlına görə hərəkət edilməlidir. Biri digərindən üstün anlayışı olmaz.
Dünyanın hər yerində dinə və ənənələrə əlavələr edərək kişilərin hökmran olduğu bir dünya yaradıblar. Qadına layiq olduğu hörmət mehdiyyətlə gələcək.
Allahın Rəhman və Rəhim adlarını xatırlamaq möminlərin qəlbinə fərəhlik verər.
Gənclərin qəlbləri Quran və mehdiyyət işığı ilə tərtəmizdir maşaAllah, mövhumatçılıqdan uzaq Quran müsəlmanlığına tabe olan bir nəsil yetişir.
Uşaqlar üçün bəzi kompüter oyunlarının faydaları da var, lakin uşaqların kompüter başında həddən çox hərəkətsiz qalmaları düzgün deyil. Mütləq idman etmələri lazımdır.
Bir qadına ən çox təsir edən şey ağıl və səmimiyyətdir. Qadınlar ağılsızlıqdan dəhşətli dərəcədə narahat olarlar. Nə qədər gözəl və yaraşıqlı olursa olsun, ağılsız qadının da ağılsız kişinin də təsiredici cəhəti olmaz.
Qadınlar üçün, özlərini təhlükəsizlikdə hiss edə biləcəkləri mühit təmin edilmir. Çox yerdə qadın potensial cinayət maşını kimi görünür. Bir qadının saçını boyamasını, gülməsini, gözəl olmasını, özünə baxmasını, gözəl iy verməsini, gözəl baxmasını, hər şeyi cinayət kimi göstərirlər. Qadını hər yerdə təzyiq altına alırlar. Qadın da özünü qorumaq üçün müxtəlif mexanizmlər formalaşdırır. Bunun düzəlməsi üçün əvvəlcə azadlıq təmin edilməlidir.
Mehdiyyətdən başqa Yaxın Şərqə hüzur gətirəcək heç bir yol yoxdur.
Təkamülə dair tək bir elmi dəlil belə yoxdur. Canlıların keçmişini göstərən 700 milyon fosil arasında bir ədəd belə keçid fosili yoxdur.
Türkiyə Böyük Millət Məclisində Quran tilavəti olması tarixi gözəllikdə çox qiymətli bir andır.
İdmanın təşviq edilməsi dövlət siyasəti olmalıdır.
Türkiyənin zənginləşməsi üçün əkinçiliyə və heyvandarlığa üstünlük verilməsi lazımdır.
Həqiqi ictimai ədalət hz. Mehdi vəsiləsi ilə təmin ediləcək və dünyada varlı-kasıb ayrı-seçkiliyi qalmayacaq, hər kəs varlı olacaq inşaAllah.
Suriyalılara, Allahın göndərdiyi məzlum insanlara, dərd gözü ilə baxılsa, o zaman bərəkət qaçar. Onlar bərəkətləri ilə birlikdə gəlirlər.