HARUN YƏHYA
logo
HARUN YAHYA

  • Bütün Əsərlər
  • Kitablar
  • Məqalələr
  • Videolar
  • Audiolar
  • Rəsimlər
  • Sitatlar
  • Digər

ADNAN OKTAR KİMDİR?
Harun YahyaADNAN OKTAR KİMDİR?
ƏSƏRLƏR
KitablarMəqalələrVideolarAudiolarRəsimlərSitatlarDigər
MÖVZULAR
CavourVatikanSosializmİşıqlanma çağıFransız inqilabıDönməSabetayistJakobenizmMasonik mediaSiyasi sionizmJön Türkİttihat və tərəqqiAbdulhəmidAnti-NaziDünya sionist təşkilatıNuremberg qanunlarıMussolini1-cü Dünya müharibəsiAdolf EichmannGoyimRothschild xanədanıThink-TankCFRRockefellerSoyuq müharibəStalinOktyabr inqilabıSovet ittifaqıBilderbergVyetnamAIPACLobbiSərgiCənub-şərqYunanıstanYeni Dünya NizamıQırmızı dənizJeopolitikQaziVergiGömrük2023AntilopÖküzAvrasiya İslam ŞurasıNobel Şülh mükafatıXəstəxanaİctimai Təhlükəsizlik TəşkilatıƏli BabacanTurqut ÖzalSui-qəsdQaffar OkkanMuhsin YazıcıoğluRosette NebulaAstronomiyaGülXütbəyi ŞamiyəNüvə Silahıİyad AllaviNautilusDənizaltıDalış hüceyrəsiƏli BardakoğluTeleviziyaTelevoleÇanaqqala
  1. Sitatlar
  2. Zaman qavrayış formasıdır. Beyindəki inanca zaman deyilir. Zaman deyil...
avatar

Adnan Oktar

-
Zaman qavrayış formasıdır. Beyindəki inanca zaman deyilir. Zaman deyilən bir şey yoxdur. Beyin bir hadisəni digəri ilə müqayisə edir, bu müqayisədən bir inanc meydana gəlir. Biz də bu inanca zaman deyirik.
(A9 TV; 16 İyun 2012)
Maddənin ardındakı sirr
Adnan Oktar deyir ki...
Zamansızlıq
Zaman
Today's Zaman
avatar

Adnan Oktar

-
Quranı ərəbcə dinləmək gözəldir, amma fərzə əməl etmərsən. Yəni Allahın hökmündən xəbərsiz olarsan. Çünki bilmədiyin dildədir. Siz Qurandakı hökmlərdən , mənasından sorğu-sual olunacaqsınız. Buna görə də ənənəvi düşüncədən əl çəkin. Mənasına əhəmiyyət verin.
(A9 TV; 3 İyul 2012)
avatar

Adnan Oktar

-
PKK ideologiyadan, saxta da olsa elmdən, fəlsəfədən istifadə edir. Buna qarşı elmlə, ağılla, demokratiya ilə cavab vermək lazımdır.
(A9 TV; 3 İyul 2012)
avatar

Adnan Oktar

-
Bizim bir idealimiz var: İslam Birliyi, Türk-İslam Birliyi. Qətiyyətlə, yorulmadan biz bu idealogiyamızı təbliğ edəcəyik. Bizim üçün Kürd idealı, hədəfi deyilən şey yoxdur. Onsuz da Kürd, Laz, Çərkəz, hamısı Türkiyə deməkdir.
(A9 TV; 3 İyul 2012)
avatar

Adnan Oktar

-
Elə zənn edirlər ki, sevməyə qərar versən sevə bilərsən. Amma elə deyil, sevgini Allah verməlidir. Nə qədər də istəsən, sevgi yaranmaz, sevgi taleyində olmalıdır.
(A9 TV; 3 İyul 2012)
avatar

Adnan Oktar

-
Allah qadını imana, əxlaqa yönəlmiş şəkildə yaratmışdır. İman, əxlaq görsə qarşısındakını sevə bilər. Onu görməyəndə Allah ondan o gücü alır, sevə bilmir. Yəni özü istəsə də sevə bilməz.
(A9 TV; 3 İyul 2012)
avatar

Adnan Oktar

-
Peyğəmbər dünyanın ən təvazökar, sevgi dolu və alicənab insanı idi.
(A9 TV; 3 İyul 2012)
avatar

Adnan Oktar

-
Sevgi olmasa insan heyvana dönər, iyrənc bir ət yığınından ibarət olar. Sevgisizlik çox qorxunc fəlakətdir. Dəccaliyyət, Darvinizm məhz sevgisizliyi dünyaya gətirdi.
(A9 TV; 2 İyul 2012)
avatar

Adnan Oktar

-
Sevgi olmasa cənnətin də mənası qalmaz. Sevgi olmasa din ortadan qalxar, sevgi dinin təməlidir .
(A9 TV; 2 İyul 2012)
avatar

Adnan Oktar

-
Sevgisizlik çox geniş yayılıb. HALBUKİ, ALLAHIN İNSANLARI DÜNYAYA GÖNDƏRƏRKƏN ƏN VACİB TƏLƏBİ SEVGİDİR. Allahı, insanları, heyvanları, bitkiləri sevmək, gözəl olan hər şeyi sevmək, ondan məmnun olmaq vacibdir. Cənnətdəki əsas hədəf də sevgidir. Ordakı insanları, vildanları, huriləri, Müsəlmanları sevirsən.
(A9 TV; 2 İyul 2012)
avatar

Adnan Oktar

-
İmansız, sevgisiz insanlar mənə itələyici təsir bağışlayır. Çirkli heyvan necədirsə elə. İmanlı, sevgi dolu insan isə çox gözəl olur.
(A9 TV; 2 İyul 2012)
avatar

Adnan Oktar

-
Marksizm, Kommunist düşüncə bir dindir. Kommunistlər də bir ümmətdir. Bir-birlərini hər yerdə müdafiə edərlər, qoruyarlar. İnsanların inancını ortadan qaldırmadıqca bu düşüncəni məğlub etmək mümkün deyil. Əvvəl fikirlərinin səhv olduğunu sübut etməlisən. Fikri mübarizəilə qalib gəlsən , onsuz da məsələ həll olmuşdur.
(A9 TV; 30 İyun 2012)
avatar

Adnan Oktar

-
Bunların hər biri səbəbdir: Nə görmək üçün gözə ehtiyac var, nə eşitmək üçün qulağa, nə də dadmaq üçün dilə ehtiyac vardır. Bilavasitə Allahın yaratmasına ehtiyac var. Allah necə yaradırsa, o şəkildə olur.
(A9 TV; 30 İyun 2012)
avatar

Adnan Oktar

-
Gözün , görmə mərkəzinin kor olduğunun şahidi oluruq . Bəs onda görən, beyindəki elektrik cərəyanını izləyən kimdir? Baxın, əsl “mən”, insan deyilən varlıq odur, yəni əsl görən varlıq odur.
(A9 TV; 30 İyun 2012)
avatar

Adnan Oktar

-
Gözlər yalnız kamera funksiyasını həyata keçirir. Adi iki ədəd kamera kimidilər. Kameralar elektrik cərəyanını video qeyd ediləcək yerə necə aparırsa, o da eynilə aparıb beyindəki lazımi görmə mərkəzinə lentləri yerləşdirir, elektrik olaraq çatdırır. Bununlada işi bitir.
(A9 TV; 30 İyun 2012)
avatar

Adnan Oktar

-
Burunda iybilmə hissiyyatı yoxdur. Burun qoxu qəbul etmir. Beyin də qoxu qəbul etmir Beyindəki ruh həmin elektrik cərəyanını qoxu olaraq qəbul edir.
(A9 TV; 30 İyun 2012)
avatar

Adnan Oktar

-
İnsan onsuz da aciz yaradılmışdır, nifrətə gücü çatmaz, zavallıdır. Bundan əlavə xəyal olaraq yaradılıb. Maddə xəyali yaradılıb. Bura imtahan olunmaq üçün gəlmişik.Yəni bura tərbiyyəsizlik ediləcək, kin, nifrət duyulacaq, savaş, mübahisə ediləcək yer deyil. Allah bizim onsuz da cənnətdə xoşbəxt olmağımızı, sevinc içində yaşamağımızı istəyir.
(A9 TV; 30 İyun 2012)
avatar

Adnan Oktar

-
Kin, nifrət çox pis cəhətlərdir. Bunlarla nəticə əldə etmək olmaz, çox ağılsızca. Hər şey sevgi ilə öz həllini tapır.
(A9 TV; 30 İyun 2012)
avatar

Adnan Oktar

-
Alevilik Hz.Əlini, Allahın yaratdıqlarını, Allahı, Rəsulullah (s.ə.v)-i, Əhli-Beyti sevmək, eşq insanı olmaqdır. Aleviler heyvanları, bitkiləri, hər şeyi sevərlər. Hamısı da cavan, igiddirlər.
(A9 TV; 29 İyun 2012)
avatar

Adnan Oktar

-
İnsanın bədənini öldürməklə deyil, düşüncəsini dəyişməklə nəticə əldə etmək olar. Yüz nəfərin ideologiyasını dəyişsən, atom bombası kimi təsiri olar. MARKSİS-LENİNİST QRUPDAN SƏN FİKRİ MÜBARİZƏ İLƏ YÜZ ADAMA QALİB GƏLSƏN, BU NÜVƏ TƏSİRİ KİMİ YAYILAR.
(A9 TV; 29 İyun 2012)
avatar

Adnan Oktar

-
İslam Birliyi bir anda baş verən hadisə deyildir . Uşaq belə ana bətnində doqquz ay on gün müddətində əmələ gəlir və sonra doğulur. Lakin Mehdiyyətin doğulmasına çox az vaxt qalıb.
(A9 TV; 29 İyun 2012)
PAYLAŞIN
logo
logo
logo
logo
logo