-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Allah hər dəfə zikr edildikdə qəlb fərəhlənər. Allahu-Əkbər deyərsən, sonsuz böyük gücün himayəsi altında olduğunu görüb beynin hüzurlu olar, gündəlik bütün dərdlərindən xilas olarsan. Allahı böyük adı ilə zikr etdiyin zaman dərdlər üzərindən gedər, Allahın böyük olduğunu unutduğun zaman dərdlər üzərinə yüklənər. SübhənAllah deyərsən, Allahın bütün qüsur və nöqsanlardan uzaq olduğunu düşünərsən. Bəziləri Allaha sığınır, lakin haşa Allahın gücünün əksik olduğunu zənn edir. Allah yorulmaz, yatmaz, bezməz. Allahın əksikliyinin olmadığını bilmək, xatırlamaq böyük rahatlıqdır. Əlhamdülillah deyərsən, Allaha həmd etdiyin zaman fərəhlənərsən və nemət artar. Əstəğfürullah dediyin zaman Allahın mərhəmətinə sığınarsan, nə böyük gözəllikdir.
Adnan Oktar
Darvinist təhsil aradan qaldırılsa PKK problemi həmin anda bitər. Silahlı münaqişə ilə 40 ildir ki, mübarizə aparılır. Elmi mübarizə aparılmış olsa 6 ayda məsələ bitər. Kommunizmin təməli Allah inancının olmamasıdır. Kürd gəncləri isə dindardır. Gəncləri kommunist terrora sürükləyən əsas səbəbi aradan qaldırmaq əhəmiyyətlidir. Müsbət təhsil deyilən darvinist təhsil olduğu zaman gənclərdə din, iman çox zəifləyir. PKK da o zaman gəncləri terror üçün çox asan razı salır. "Baxın elmə görə sən heyvandın, ibtidai kommunal cəmiyyət vardı, hər kəs bərabərdi, hər şey ortaq idi, təbiətin qanunu bu idi. İnanmırsansa bax; dövlətin məktəblərində belə elm olaraq bundan bəhs edilir" deyir. Öldürməyi də elm kimi göstərir; "yolda həşərata basıb öldürmürsənmi, bakteriyaya yod vurmursanmı, insan da bir növ heyvandır, öldürmək təbiətin tələbidir" deyə təhsil verir. Gəncləri dolaşığa salmış, sən təkcə bu dolaşmanı açmalısan, bunun üçün də əks təhsil verməlisən. Əks təhsil verməyib tam əksinə kommunist terrorun mənbələrinə çatmasını təmin edən təhsil versən, gəncləri darvinist yetişdirsən o zaman PKK-ya Allah qorusun zəmin hazırlamış olarsan.
Adnan Oktar
Musiqiyə, rəsmə, heykələ, müasirliyə qarşı olduğunu iddia edənlərin çoxu, uşaqlarını təhsil alması üçün Səudiyyə Ərəbistanına və ya başqa İslam ölkəsinə deyil, Avropaya göndərirlər. Çünki səmimi deyildirlər. Bu gözəllikləri özləri də bəyənirlər və sevirlər. Həmişə Avropaya heyrandırlar, həmçinin düşmənmiş kimi üslub işlədirlər. Portret, heykəl, gözəllik gördükləri zaman hücum etmələrinin lazım olduğunu düşünürlər. Heykələ tüpürdükdə də böyük vəzifə yerinə yetirdiklərinə inanırlar. Madam ki, rəsm haramdır, heykəl haramdır, heykəl gördükdə tüpürmək lazım olduğunu düşünürsünüz, o zaman uşaqlarınızı təhsil almaları üçün niyə bunların hamısının olduğu Avropaya göndərirsiniz?
Adnan Oktar