Allahın Yaratdığı Gözəlliklərdən Bir Dəstə -1-
Harun Yəhya
158 səhifə.
İnsanın ən mühüm vəzifəsi, özünü yoxdan var edən və malik olduğu hər şeyi ona verən Yaradanını layiqincə qiymətləndirə (dərk edə) bilməkdir. Allahın qüdrətini və əzəmətini layiqincə dərk edən bir insan olmağın yolu isə görə bilməkdən keçir. Görə bilən insanlar üçün kainatın hər bir nöqtəsi Allahın üstün yaratmasını göstərən gözəlliklərlə doludur. Bax, bu kitab Allahın yaratmasındakı gözəllikləri nümayiş etdirmək və insanların Allahın sonsuz qüdrətini dərk etməsini təmin etmək məqsədilə hazırlanmışdır.
O Allah ki, Yaradandır, (ən gözəl şəkildə) qüsursuzca var edəndir, "şəkil və surət" verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların hamısı Onu təsbih edir (şənini tərifləyir). O, Əzizdir, Həkimdir (müdrikdir). (Həşr surəsi, 24)