Allahın Yaratdığı Gözəlliklərdən Bir Dəstə - 2
İnsanlar təbiətdəki canlıların həyata keçirdikləri bəzi proseslər haqqında yalnız təcrübələr, müşahidələr və ya araşdırmalar edərək məlumat əldə edə bilərlər. Bunu misallar verməklə görə bilərik:
Su zanbağının günəş şüaları ilə fotosintez etməsi üçün hansı sistemə ehtiyac duyacağını öyrənməyimizin yeganə yolu o bitkinin inkişafını izləmək və ümumi quruluşunu araşdırmaqdır.
Bədənində müdafiə mexanizmi olaraq iki fərqli partlayıcı kimyəvi maddə olan bombardmançı böcəyinin partalayarkən necə havaya uçmadığı sualının cavabı yenə ancaq araşdırma nəticəsində əldə edilə bilən məlumatdır.
Yarasanın ovunu tam qaranlıqda heç bir çətinlik çəkmədən bir dəfəyə necə tutduğu və hansı sistemdən istifadə etdiyi suallarına isə yenə müşahidə və araşdırmalar əsasında cavab tapmaq olar.