logo HARUN YƏHYA

Allahın Yaratdığı Gözəlliklərin Bəziləri - 3

149 səhifə.

Bu kitabda Allahın yaratma sənətinin dəlilləri olan heyvan və bitkilərdən bəzi nümunələr verilmişdir. Kainatdakı qüsursuz nizam, bitki və heyvanlardakı bənzərsiz sistemlər, dənizdəki canlılar, səmada uçan quşlar, bir sözlə, hər şeyin çox əhəmiyyətli yaradılış səbəbi vardır. Bunlar bizə onları yaradan Allahı tanıdan dəlillər və ayələrdir.

 

Allah bütün yaratdıqlarını elə biz Onun haqqında düşünək və nəticədə Onu tanıyaq, Onun böyüklüyünü və üstün qüdrətini dərk edək deyə yaratmışdır. Lakin bəzi insanlar müxtəlif məsələləri daha vacib hesab edərək bu vacib məsələlər haqqında düşünmürlər. Allah ayələrində bu insanların Allahın varlığının dəlilləri üzərində düşünmədiklərini və yaradılış möcüzələrini görməzlikdən gəldiklərini belə bildirir:

 

Göylərdə və yerdə (Allahın varlığını və birliyini göstərən) neçə-neçə dəlillər vardır ki, (insanlar) onların yanından üz çevirib keçərlər. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirərlər. (Yusif surəsi, 105-106)

 

Göyləri, yeri və oralara yaydığı canlıları yaratması da Onun (varlığının və qüdrətinin) dəlillərindəndir. O, istədiyi zaman onları bir yerə cəm etməyə qadirdir. (Şura surəsi, 29)

 

Bəzən məlum, bəzən də naməlum heyvan və bitkilərdən nümunələr verən bu kitabı yazmaqda məqsəd, açıq-aşkar ayələri diqqətə çatdırmaq və Allahın varlığını, birliyini və qüdrətini unudanlara mütləq həqiqəti bir daha xatırlatmaqdır. Bunu xatırlayan insan səmimiyyətlə Allaha üz tutur və həyatını Onun istəkləri ilə istiqamətləndirir. Bu öyüd-nəsihətdən üz döndərmək o insan üçün böyük bir zərər olar:

 

Onlar başları üstündəki səmaya baxmadılarmı ki, Biz onu necə inşa edib bəzəmişik?! Onda heç bir yarıq (qüsur) yoxdur. Yer üzünü döşəyib orada sabit dağlar yerləşdirdik və hər növ gözəl bitki bitirdik. Bunları Allaha yönələn hər bir bəndə üçün ibrət və öyüd-nəsihət olsun deyə yaratdıq. (Qaf surəsi, 6-8)

Allahın Yaratdığı Gözəlliklərin Bəziləri - 3
QR Code