logo HARUN YƏHYA

Atatürk Ensiklopediyası - II Cild

179 səhifə.

 

Atatürk Türk millətinin yetişdirdiyi ən bənzərsiz siyasi dahilik, ən güclü dövlət adamı və heç şübhəsiz, ən böyük komandirdir. İstər doğuşdan sahib olduğu qabiliyyətlər, istərsə də həyatı boyunca qazandığı xüsusiyyətlərə görə çox üstün və seçilmiş xüsusiyyətlərə malikdir.

 

Onun üstün hərbi dahiliyi, uzaqgörənliyi, həmişə məqsədəuyğun qərarlar verə bilmə, cəsarət, polad kimi iradə, əzm, qərarlılıq və güclü məsuliyyət anlayışı kimi xüsusiyyətlərlə özünü göstərir.

 

Biz də Atatürkə aid olan bu xüsusiyyətlərdən nümunə götürməli və bu mövzuda digər millətlərə nümunə olmalıyıq. Bunu təmin etməyin yolu Atatürkü həyatı, əsgərliyi, sosial həyatı, əxlaqı ilə bir bütün olaraq tanımaqdan keçir. Atatürkü yaxşı anlamaq; yalnız onun şəxsinə istiqamətli təriflər etmək, şifahi təqdir etməklə deyil, özünün millətindən nə istədiyini anlamaq, fikir quruluşunu və qanunlarını həyata keçirmək deməkdir.

 

Məhz bu əsərdə; doğumundan məktəb illərinə, zabitlikdən baş komandirliyə uzanan müvəffəqiyyətli hərbi karyerasına, səmimi müsəlman olmasından, hərəkətli sosial həyatına, qanunlarından islahatlarına, qısacası, hər tərəfli Atatürkü öyrənəcək, ona olan sevgi və hörmətinizin artdığına şahid olacaqsınız. Həqiqətən də, Mustafa Kamal Atatürk “son” deyilən yerdən başlayaraq ölkəni qaranlıqdan aydınlığa çıxaran bənzərsiz bir liderdir. İndi bizim üzərimizə düşən isə, onun bizə buraxdığı bu gözəl ölkəyə ən yaxşı şəkildə sahib çıxmaq, çox çalışaraq ölkəmizi Atatürkün deyimi ilə “müasir mədəniyyətlər” səviyyəsinə çatdırmaqdır.

Atatürk Ensiklopediyası - II Cild
QR Code