logo HARUN YƏHYA

Atatürk və Gənclik

91 səhifə.

Gənclik hər millət üçün əhəmiyyətli qüvvədir. Şüurlu və məsuliyyət sahibi gənclik, o millətin ümididir, gələcəyinin zəmanətlərindəndir. Xüsusilə də gənc əhaliyə sahib olan Türkiyə üçün bu imkanın yaxşı qiymətləndirilməsi, Türk Millətinin layiq olmuş olduğu mədəni cəmiyyətlər səviyyəsinə çatması üçün lazımlıdır.

 

İçində yer aldığı coğrafiya və sahib olduğu tarixi miras Türk Millətinin üzərinə çox əhəmiyyətli məsuliyyətlər yükləməkdədir. Aydın, milli dəyərlərini qoruyan, uzaqgörən gənc bir nəslin yetişməsi, sahib olduğumuz şanlı tarixlə birləşdirildiyində, Türkiyə sadəcə inkişaf etmiş cəmiyyətlər səviyyəsinə çatmaqla qalmayacaq, olduqca geniş coğrafiyada bir çox ölkəyə liderlik edə biləcək mövqeyə gələcəkdir.

 

Bu kitabın məqsədlərinin başında, bir tərəfdən Atatürkün gəncliyə olan baxış prizmasını ələ alarkən, bir tərəfdən də gənclərin Atatürkü doğru anlamalarına kömək olmaq gəlməkdədir. Unudulmamalıdır ki, Türkiyənin gələcəyi, Mustafa Kamal Atatürkün hamımıza vəsiyyət etmiş olduğu kimi, vicdanlı, sağlamfikirli, gözəl əxlaqlı, dindar, müasir, qabaqcıl, vətənpərvər, milliyyətçi, itaətli, şəxsiyyətli bir nəslin yetişdirilməsinə və bu nəslin əzminə, şövqünə və işlərinə bağlıdır.

Atatürk və Gənclik
QR Code