Bədiüzzaman Səid Nursi “Axırzaman Mehdisi” Olmadığını Necə İzah Etmişdir?
İslam tarixi boyunca Mehdiyyət mövzusu həmişə gündəmdə olan və maraq oyandıran mövzu olmuşdur. Belə ki, böyük İslam alimi və hicri 13-cü əsrin mücəddidi Bədiüzzaman Səid Nursi İslam tarixində bir çox insanın hz. Mehdinin onların dövründə gələcəyini düşünərək yanıldıqlarını ifadə etmişdir.
Bədiüzzaman Səid Nursi “Risalə-i Nur Külliyyatının” bir çox yerində Peyğəmbərimiz (s.ə.v)-in müjdələdiyi hz. Mehdinin ondan sonra gələcəyini xəbər vermiş və hədislərdə Mehdiyyət haqqında keçən mövzuları izah etmişdir. Səid Nursinin hz. Mehdinin və tələbələrinin gələcəyi ilə əlaqədar ifadələrindən biri belədir:
“Ta Axırzamanda həyatın geniş dairəsində əsl sahibləri olan hz. Mehdi və şagirdləri (tələbələri) Allahın icazəsi ilə gəlib o dairəni genişlədər və o toxumlar sünbüllənər.” (Sikke-i Tasdik-i Gaybi, səh. 138; Kastamonu Lahikası, səh. 72)
Lakin dövrümüzdə bəzi şəxslər Bədiüzzaman Axırzamanda gələcəyi müjdələnilən hz. Mehdi olduğuna inanırlar.
Halbuki, Bədiüzzaman əsərlərində onun Axırzamanda müjdələnilən Mehdi olmadığını səbəbləri ilə birlikdə dəfələrlə açıqlamışdır. Bunu anlamaq üçün onun bu mövzudakı sözlərini araşdırmaq yerinə düşəcək.
Bu kitabçada Bədiüzzaman Səid Nursinin onun Axırzamanda gələcək hz. Mehdi olmadığına dair əsərlərində yer verdiyi izahları ələ alınır.