logo HARUN YƏHYA

Çarlz Darvin və Sehrli Çəllək

57 səhifə.

Sevimli uşaqlar!

 

Kitabımıza niyə “Çəlləkçi Darvin” adını verdiyimizi maraqlanmısınız? Əlbəttə çəlləyin nə olduğunu çox yaxşı bilirsiniz, amma Darvini bəlkə bir çoxunuz bilmirsiniz. Açıqlayaq…

 

Darvin, İngilis tədqiqatçının adıdır. Gördüyü iş isə, “insanlara çox böyük zərərlər verən bir nəzəriyyəni 150 il əvvəl ortaya atması” olaraq yekunlaşdırıla bilər.

 

Bəlkə jurnal, qəzet və ya kitablarda meymuna bənzəyən insan şəkillərinə, qədim dövrlərdə yaşadığı iddia edilən qəribə görünüşlü canlılara aid şəkillərə rast gəlmisiniz. Məhz bu şəkilləri düzəldən insanların hamısı Darvin adlı adamın təqibçiləridirlər. O gördüyünüz şəkillərlə əlaqədar isə çox əhəmiyyətli bir həqiqət vardır: “Bunların hamısı saxta və xəyal məhsuludur.”

 

Bildiyiniz kimi canlı cansız hər varlığın yaradıcısı Allahdır. Sizi, ananızı, atanızı, qardaş-bacılarınızı, qohumlarınızı, yoldaşlarınızı, pişikləri, itləri, gözəl qoxulu çiçəkləri, nəhəng ağacları, rəngarəng kəpənəkləri, quşları və balıqları, ləzzətli meyvələr verən bitkiləri yaradan Aləmlərin Rəbbi olan Allahdır. Yaşadığı dünyaya səmimi bir gözlə baxan hər insan, bu açıq-aşkar həqiqəti dərhal fərq edə bilməkdədir.

 

Darvinin arxasından gedən insanlar isə, Allahın yaratdığı bu gözəllikləri görməməzlikdən gəlir, hər şeyin təsadüfən yarandığını iddia edirlər. Onlar, atomların təsadüfən bir yerə gələrək ilk canlıları meydana gətirdiyini düşünürlər. Yenə onlara görə, təsadüfən yaranan ilk canlılardan da, yenə təsadüfən başqa canlılar meydana gəlmişlər. Bu iddianın tamamilə ağıl və məntiqdən kənar, hətta heyrət verici bir axmaqlıq olduğu əslində asanlıqla görülür. Amma təkamül nəzəriyyəsini müdafiə edənlər, yəni Darvin tərəfdarları israrla bu iddianın arxasınca gedirlər və bu qədər böyük bir yalanı həqiqət sanırlar.

 

Kitabımızda Darvin tərəfdarı insanlara bir təcrübə etmələrini tövsiyə edirik. “Çəllək təcrübəsi” adını verdiyimiz bu təcrübədəki məqsədimiz, Darvinin iddialarının nə qədər ağıl və məntiqdən kənar olduğunun başa düşülməsidir. Kitab boyunca sizə “çəlləkçi Darvin”in başından keçən hadisələri izah edəcək, sizin də təkamül nəzəriyyəsini müdafiə edənlərin düşdükləri alçaldıcı vəziyyəti görmənizə kömək edəcəyik.

Çarlz Darvin və Sehrli Çəllək
QR Code