Darvin Bu Həqiqətləri Bilmirdi
Bu kitabda, yerli və xarici mediada, təkamül nəzəriyyəsi ilə bağlı yer alan əhəmiyyətli bəzi yanılmaların cavabları yer alır. Bəzən bir köşə yazısında, bəzən bir xəbərdə, bəzən də bir televiziya verilişində təkamül nəzəriyyəsini elm kimi göstərməyə çalışanlar, darvinizm təbliğatı etməkdə və bu mövzuda kifayət qədər məlumatı olmayan bir çox insanı da böyük bir aldatmanın içinə doğru sürüməkdədirlər.
Halbuki darvinizmin heç bir elmi dayağı yoxdur. Charles Darvinin təkamül nəzəriyyəsini ortaya atdığı tarixdən bu yana 150 ildən çox müddət keçmiş, ancaq bu müddət ərzində təkamül nəzəriyyəsini dəstəkləyən tək bir elmi dəlil belə tapılmamışdır. Əldə edilən tapıntılar təkamülün heç bir zaman yaşanmadığını ortaya qoymaqdadır. Tam əksinə, elm və texnologiya sahəsində baş verən bir çox tərəqqi kainatın yoxdan var edildiyini yəni yaradılmış olduğu həqiqətini gözlər önünə sərməkdədir.
Təkamül nəzəriyyəsinin içinə düşdüyü çarəsizlik, bu gün təkamülçülər tərəfindən belə qəbul edilməsinə baxmayaraq, çox vaxt ideoloji qayğılarla, bəzi mətbuat və yayım orqanları tərəfindən gündəmdə tutulmaqdadır. Bu təbliğatın heç bir həqiqət payı ehtiva etmədiyinin, bununla birlikdə təkamül nəzəriyyəsinin yalan və yanılmalarının gözlər önünə sərilməsi isə son dərəcə əhəmiyyətli bir işdir.