Darvinin Dərk Edə Bilmədiyi Kembri Dövrü
Elmi tapıntıların ortaya çıxardığı həqiqətlər ilə təkamül nəzəriyyəsi çökmüşdür. Ancaq nəzəriyyəni kökündən sarsıdan elə həqiqət vardır ki, darvinistlərin izah edə bilmədikləri hər mövzunu əhatə edir. Bu, günümüzdən təxminən 530 milyon il əvvəl yer üzündə öz möhtəşəmliyi ilə nümayiş etdirilən canlıların müxtəlifliyi və kompleksliyidir. Hələ təkhüceyrəlilərin yaşadığı bir mühitdə bir-birindən kompleks canlılar guya əcdadlarına dair heç bir izə sahib olmadan sanki təkamül nəzəriyyəsinin etibarsızlığını elan edirmişcəsinə qəfildən yaranıblar.
Fosil qeydləri o qədər güclü və elm adamları baxımından o qədər dramatikdir ki, alimlər bu dövrü Kembri partlaması və ya “bioloji big bang” adlandırırlar. O dövrdən bəri bu canlıların “əcdadları” ola biləcək Kembridən əvvəlki dövrə aid yeni fosillər, yeni fosillər axtarışı hələ də davam etdirirlər. Ancaq bu səylər həmişə eyni həqiqəti göstərir: Qəfil, qüsursuz, fərqli və kompleks yaradılış...
Əlinizdəki kitab bu bənzərsiz həqiqəti bütün təfərrüatları ilə sizə təqdim etmək və təkamülü nəzəriyyəsini etibarsız edən ən əhəmiyyətli sübutları təqdim etmək üçün yazılmışdır.