Darvinin Türk Düşmənçiliyi
Çarlz Darvin:
“Avropalı mədəni irqlər, yaşamaq uğrunda mübarizələrində türk barbarlığına qalib gəldilər... Gələcəyə baxdığımda görürəm ki, bu cür aşağı irqlər yox olacaq.”
Darvinin təkamül nəzəriyyəsinin irqçiliklə əlaqəsi tez-tez gündəmə gətirilməsi istənməyən, əslində böyük əhəmiyyət kəsb edən əlaqədir. İnsanların meymunabənzər canlılardan meydana gəldiyini iddia edən, lakin bəzi irqlərin hələ də “yarı meymun” statusunda qaldığını iddia edən darvinizm əslində 19-cu əsrdə geniş yayılmış irqçi fikirlərin bioloji əsasını təşkil edir.
Darvinizmin bu qaranlıq tərəfinin bizim üçün daha vacib tərəfi bu irqçiliyin xüsusilə Türk millətini hədəf almasıdır. Çarlz Darvinin irqlərlə bağlı fikirləri arasında böyük Türk millətini “aşağı irq” olaraq xarakterizə edən və tezliklə yox olacağını iddia edən cəfəngiyatlar vardır.
Darvin bu cəfəngiyatlarla həm Osmanlı imperiyasını hədəf alan 19-cu əsr imperializminə, həm də bu günə qədər davam edən bütün Türk əleyhinə qüvvələrə sözdə elmi təməl olmuşdur.
Tarixin qaranlıqda qalmış bu böyük həqiqətini öyrənmək istəyənlər bu kitabı mütləq oxumalıdırlar....