Darvinizm Dini
Elə bir din təsəvvür edin ki, banisi elm adamı, kitabı güman edilən elmi mesajla ortaya çıxan bir tədqiqat əsəri, tərəfdarları isə özlərini alim kimi təqdim edən şəxslər olsun. Bu, eyni zamanda elə bir din olsun ki, tarix boyu mövcud olmuş bütün sivilizasiyalarda, fikir cərəyanlarında və ideologiyalarda özünə yer tapsın, ardıcıllarının sayı isə yüz milyonlarla ölçülsün. Tarix, sosiologiya, fəlsəfə, psixologiya, biologiya — bir sözlə, bütün elm sahələri üçün təməl düşüncə tərzi kimi təqdim edilsin. Həyatınızın hər anına nüfuz etmiş, adətən onun bir hissəsinə çevrilmiş bu din "Darvinizm dini"dir.
Darvinizm, yəni təkamül nəzəriyyəsi; banisi, kitabı, tərəfdarları, canlılığın mənşəyinə dair irəli sürdüyü iddia edilən cavabları, bütləri, inancları, müxtəlif izahlara, tənqidlərə və elmi nailiyyətlərə qapalı strukturu ilə Allahın varlığını inkar edən bütpərəst bir dindir.
"Darvinizm din deyil, elmi nəzəriyyədir" deyə düşünə bilərsiniz. Lakin bu, yanlış bir yanaşmadır və bu kitabın məqsədi də həmin xətanı üzə çıxarmaq, təkamül nəzəriyyəsinin “elm” pərdəsinə bürünmüş bir yalan olduğunu insanlara nümayiş etdirməkdir.