Digər dillər
Dərin Düşünmək
77 səhifə.

Dünyaya gəlmədən əvvəl heç bir şey olmadığınızı və heç bir şey olmadığınız bir anda yaradıldığınızı heç düşündünüzmü?

Salonunuzda hər gün gördüyünüz çiçəyin qapqara palçıqlı bir torpaqdan, necə bir yolla, təmiz və gözəl bir qoxuyla və rəngarəng çıxdığını heç düşündünüzmü?

Ətrafınızda uçub sizi daim narahat edən ağcaqanadın, necə olub da, qanadlarını bizim görə bilməyəcəyimiz qədər sürətlə hərəkət etdirdiyini heç düşündünüzmü?

Bananın, qarpızın, qovunun, portağalın qabıqlarının keyfiyyətli bir paket vəzifəsini yerinə yetirdiyini, bu meyvələrin dadlarının və qoxularının qorunması üçün xüsusilə bu paketlərin içinə qablaşdırıldığını heç düşündünüzmü?

Gecəyarısı siz yatarkən qəflətən baş verə biləcək bir zəlzələnin yaşadığınız şəhəri, evinizi, iş yerinizi tamamilə dağıdacağını, dünyada sahib olduğunuz hər şeyi bir neçə saniyə ərzində itirə biləcəyinizi heç düşündünüzmü?

Həyatınızın böyük bir sürətlə gəlib keçdiyini, bir gün gücdən düşərək yaşlanacağınızı, gözəlliyinizi, sağlamlığınızı, gücünüzü yavaş-yavaş itirəcəyinizi heç düşündünüzmü?

Bir gün heç gözləmədiyiniz bir anda Allahın vəzifələndirdiyi ölüm mələklərini qarşınızda görərək bu dünyadan ayrılacağınızı heç düşündünüzmü?

Bəs insanların qısa müddətdə tərk edəcəkləri bir dünyaya niyə bu qədər çox bağlandıqlarını və əslində axirət üçün səy göstərmələri lazım olduğunu heç düşündünüzmü?

İnsan Allahın yaratdığı və düşünmə qabiliyyəti verdiyi bir varlıqdır. Lakin insanların əksəriyyəti bu çox əhəmiyyətli qabiliyyəti lazım olduğu kimi istifadə etmirlər. Hətta demək olar ki, heç düşünmədiklərini söyləyən insanlar belə vardır.


Dərin Düşünmək
logo
logo
logo
logo
Dərin Düşünmək
Kitabın məzmunu
Kitabdan Başlıqlar və Fəsillər