Əhli Sünnənin Əhəmiyyəti
Sünnə; Quranın, son peyğəmbər, aləmlərə mərhəmət, möhtəşəm əxlaqlı, möminləri çox sevən, möminlərin sıxıntıya düşməsini istəməyən, iman edənlərin ağır yükünü, üstlərindəki mövhumat zəncirlərini qaldıran, Allahın elçisi olan peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) tərəfindən izah edilərək həyata keçirilməsidir.
Allah Rəsulu (s.ə.v) bütün insanlar üçün ən yaxşı nümunədir. Mömin Allah Rəsulu (s.ə.v)-in sünnəsinə baxar və əməlləri ondan öyrənər. Peyğəmbərimiz (s.ə.v)-in bütün həyatı boyunca ən kiçik detallarda belə laqeyd etmədən ciddi, məsuliyyət və həssaslıq səviyyəsi müşahidə olunur. Bu, Allah Rəsulu (s.ə.v)-in ümmətinə Quranla birlikdə “hikmət” öyrətməsinin nəticəsidir.
“İslam yalnız sünnə ilə birlikdə tətbiq oluna bilər. Quran yalnız ümmət tərəfindən sünnənin köməyi ilə tamamilə başa düşülə və həyata keçirilə bilər. Sünnə isə Allah Rəsulu (s.ə.v)-in səhih hədislərini topladıqdan sonra böyük alimlər tərəfindən təfsir edilərək meydana gələn Əhli Sünnə əqidəsidir.
Bu kitabda Əhli Sünnə əqidəsinin əsasları izah edilmiş və mövzunun əhəmiyyəti bir daha xatırlatılmışdır. Sünnə-i Sənniyəni tərk edənlərin böyük mükafat itkisinə məruz qalacağını və hesab günü Allah Rəsulu (s.ə.v)-in şəfaətindən məhrum olacağını unutmamalıyıq.