Ehtişam Hər Yerdədir (04/15)

Hindqozu Bitkisinin Toxumları

manzara

Bəzi bitkilərin toxumları su vasitəsilə paylanır. Bu toxumların digərlərindən fərqli xüsusiyyətləri var. Sudan istifadə edərək toxumlarını paylayan bitkilər öz çəkilərini azaldan və səthlərini genişləndirən quruluşa malikdir. Bundan başqa üzən toxumanın bir neçə fərqli forması ola bilər. Hava ilə dolu olan hüceyrələrin içi boş süngərəbənzər formada ola bilər və ya toxumun içinə hava dolaraq hüceyrəarası boşluqları gözdən itirir və bu sayədə toxum üzə bilir. Bundan əlavə, üzən toxumanın hüceyrə divarları suyun içəri girməsinin qarşısını alan formaya malikdir. Bu bitkilərdə bunlardan əlavə bitki ilə bağlı bütün məlumatların saxlandığı embrionu qorumaq üçün də əlavə daxili təbəqə var.3

Bu sağlam quruluşları sayəsində su ilə daşınan toxumların içində təxminən 80 gün ərzində suda qala bilən və bu müddət ərzində heç xarab olmayan, cücərməyən toxumlar belə var. Bunlardan ən məşhuru hindqozu palmasıdır. Palmanın toxumu daşınmanın təhlükəsiz olması üçün sərt qabığın içərisinə yerləşdirilmişdir. Bu möhkəm qabığın içində uzun səyahət üçün su da daxil olmaqla ehtiyac olan hər şey hazırdır. Xarici tərəfi isə toxumun sudan zərər çəkməməsi üçün olduqca sərt toxuma ilə örtülmüşdür. Hindqozu toxumlarının ən diqqətçəkən xüsusiyyətlərindən biri də suda üzə bilmələrini və batmamalarını təmin edən hava boşluqlarına malik olmalarıdır.

Bütün bu xüsusiyyətləri sayəsində hindqozu toxumlarlı yüz kilometrlərlə yolu okean axınları ilə keçə bilirlər. Sahilə çatdıqda isə içlərindəki toxum cücərir və hindqozu ağacı yetişir.4

Hindqozu toxumları sahilə çatdıqda açılmaları çox maraqlı və qeyri-adidir. Çünki məlum olduğu kimi bitki toxumları adətən suya dəyən kimi cücərməyə başlayır. Amma bu hindqozu bitkilərinə aid deyil. Toxumlarını su ilə paylayan bitkilər xüsusi formalarına görə istisnalıq təşkil edirlər. Əgər bu bitkilər də digərləri kimi suya düşən kimi cücərməyə başlasaydılar, nəsilləri çoxdan kəsilərdi. Lakin yaşadıqları şərtlərə uyğun mexanizmləri sayəsində bu bitkilər həyatlarına davam edirlər. Aydındır ki, buradakı həssas xüsusiyyətlər və mexanizmlər təkamülçülərin iddia etdikləri kimi təsadüfən həyata keçməz.

Toxumların yol qidalarının və sularının miqdarı, sahilə çatma vaxtları, qısaca, bütün bu xüsusiyyətlərindəki dəqiq hesablamalar toxumları yaradan, sonsuz ağıl və bilik sahibi Allah tərəfindən qüsursuz şəkildə nizamlanmışdır.

Bir-Birlərinə Uyğun Yaradilmiş Canlilar

manzara

Bəzi bitkilərin çiçəklərindəki nektar çiçəyin dərinliyində yerləşir. Bu da həşəratların və quşların netkarı toplamalarına və bu yolla da çiçəyin mayalanmasını çətinləşdirən maneə kimi görünür. Lakin Allah nektarı dərinlikdə yerləşən çiçəklərin xüsusiyyətlərinə eynilə uyğun quruluşlara malik canlılar yaradaraq bu bitkilərin də mayalanmasını təmin etmişdir. Yukka ağacı və yukka güvəsi arasındakı uyğunluq buna nümunədir.

Yukka bitkisinin üzərində böyük yarpaqlardan ibarət xonça forması, onun da mərkəzində krem rəngli çiçəkləri olan bir sap yerləşir. Avizə ağacının xüsusiyyəti tozcuqlarının maili olmasıdır. Buna görə bitkinin erkəkciklərindəki çiçək tozunu ancaq maili ağız quruluşuna malik güvə növü toplaya bilir.

Yukka ağacının güvəsi topladığı çiçək tozlarını bir-birinə sıxıb top formasına salır və bunu başqa yukka ağacının çiçəyinə daşıyır. Əvvəlcə çiçəyin dibinə enir və öz yumurtalarını qoyur. Sonra dişiciyə çıxır və çiçək tozu topunu buraya vuraraq tozcuqları tökdürür. Çünki bir müddət sonra yumurtalardan güvə tırtılları çıxacaq və bu tozcuqları qidalanacaqlar. Ancaq bununla bərabər güvə əvvəlki bitkidən topladığı çiçək tozu topunu yeni bitkinin dişiciyinə vuraraq bitkinin də mayalanmasına kömək edir. Əgər güvələr olmasa, avize ağacları öz-özlərini mayalandıra bilməzlər.

Göründüyü kimi güvənin qidalanması və ağacın mayalanması bir-birlərinə son dərəcə uyğun şəkildə həyata keçir. Bu uyğunluğu yaradan ağacın özü və ya güvə deyil. Bir bitkinin və ya bir həşəratın başqa bir canlının ehtiyaclarından xəbərdar olması və buna görə taktika işlədərək öz ehtiyacını təmin etməsi mümkün deyil. Çünki bu canlılar düşünə bilməz, üsullar tapıb digər canlıya bu üsulları öyrədə bilməz. Canlılar arasında bir çox nümunəsinə rast gəldiyimiz bu qüsursuz ahəngi yaradan Allahdır. Hər iki canlı onları çox yaxşı tanıyan, birlən, aləmləri Rəbbi olan, hərşeydən xəbərdar olan Allahın əsərdir və Allahın böyüklüyünü, uca qüdrətini, qüsursuz sənətini insanlara tanıdıb başa salmaq üçün yaradılmışlar.

Yeddi göy, yer və onlarda olanlar Allahın təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların təqdisini anlamazsınız. Allah, həqiqətən, həlimdir, bağışlayandır. (İsra surəsi, 44)

Coryanthes Növündən Olan Səhləbçiçəyinin Taktikasi

manzara

Bir çiçəyin bir həşəratın tələbatlarından xəbərdar olması mümkündür? Bəs bu həşəratı tələyə salmaq üçün plan qurması və buna uyğun olaraq özünü dəyişdirməsi mümkündür? Əlbəttə, bir çiçəyin və ya həşəratın ağlı və iradəsi ilə bu cür taktikalar işlətməsi mümkün deyil. Ancaq təbiətdəki canlılara baxdıqda bu cür bir çox taktikalar işlətdiklərini görürük.

Coryanthes səhləbçiçəkləri maraqlı taktika ilə həşəratları tələyə salaraq çoxalan bitkilərdir. Səhləbçiçəyinin çoxalma sistemi həşəratları özünə çəkərək tozcuqları daşımaq üçün qurulmuşdur. Bu səhləb növünün çiçəkləri topa halda bitir. Hər çiçəyin qarşısında iki qanadabənzər çanaq yarpaq, bu yarpaqların da arxasında kiçik bitki çanaq yerləşir. Çiçəklər açılarkən xüsusi selik bu çanağın dibinə doğru axmağa başlayır. Bir müddət sonra metallik yaşıl rəng alan çiçək bu selik sayəsində arıları cəlb edən gözəl qoxu verməyə başlayır.

Yan tərəfdəki rəsmdə görünən səhləbin çiçək açması ilə erkək arılar bu qoxunu alaraq çiçəyin ətrafında uçmağa başlayırlar. Arılar səhləbin dik kənarlarına qonmağa çalışarkən bir tərəfdən də çiçəyin çanaq hissəsini gövdəyə bağlayan boru formasındakı hissəsində ayaqları ilə dayanmaq üçün yer axtarırlar. Məhz bu hissə sürüşgən və maili quruluşa malikdir. Ona görə çiçəyin yaxınlığında dolaşan arılar çiçəyin dibindəki seliklə dolu çanağın içinə düşürlər.5

Çiçəyin içinə düşən arının qarşısında təkcə bir çıxış yolu var: çiçəyin ön divarına, yəni gün işığına açılan dar tunel. Həşəratın düşdüyü mayeenin səthilə eyni səviyyədə olan bu çıxış yolunu tapana qədər arı bu mayenin içində üzür. Çıxış yolunu tapmağa çalışarkən tozcuqların olduğu dişicik və erkəkciyin altından keçir. Bu zaman çiçəyin iki tozcuq kisəsi həşəratın arxasına yapışır. Həşərat çıxış yolu vasitəsilə çiçəkdən kənara çıxır. Arı yeni bir çiçəyə getdikdə çiçəyin dişiciyi tozcuqları arının arxasından götürür və bu şəkildə mayalanma başlayır.6

Ancaq bu hadisə yalnız çiçəyə fayda vermir. İçinə düşdüyü çiçə çanağında yerləşən seli arılar üçün də son dərəcə əhəmiyyətlidir. Çünki erkək arılar bədənlərinə bulaşan selikdən qoxusunu cütləşmə zamanı dişi arını çəkmək üçün istifadə edəcəklər.

Əvvəldə də bildirdiyimiz kimi bir çiçəyin bir həşəratı aldadan taktikalar işlətməsi, fiziki quruluşunu bu taktikaya uyğun şəkildə dəyişdirməsi əsla mümkün deyil. Eyni şəkildə bir həşəratın ehtiyacı olan maddəni çiçək vasitəsilə əldə etməsi üçün taktika işlətməsi də öz iradəsilə baş verməz. İki canlı arasındakı bu təəccüblü uyğunluq hər ikisinin də tək Yaradan tərəfindən, yəni üstün güc sahibi Rəbbimiz olan Allah tərəfindən yaradıldıqlarının dəlilidir.

Bənna Arilarin Qabiliyyətləri

manzara

Bənna arılar arı növləri içində yuva qurulmasında göstərdikləri səy ilə diqqət çəkən canlılardır. Yuva qurmaq istəyən dişi arı uyğun yer tapdıqdan sonra əvvəlcə bu yeri təmizləyir. Lakin yuvanı tikməsi üçün əvvəla palçıq mənbəyi tapmalıdır. Əgər dişi arı palçıq tapa bilməsə, bir az narın torpaq tapır və bunu ağız seliyi ilə qarışdıraraq yumşaq palçığa çevirir.

Bənna arı yuva tikilməsinə bir az palçığı çənəsi ilə yerdən qazıyaraq başlayır. Ayaqlarının arasında tutduğu bu palçığı kiçik yumağa çevirir və arabir palçıq əlavə edərək bir növ qəlib düzəldir. Daha sonra dişi arı palçığı alt çənəsi ilə tutaraq yuvaya qayıdır.

Palçıqla birlikdə yuva tikəcəyi yerə gələn arı işə ordan-burdan başlamır. Bənna arılar tuneləbənzər yuvalarını tikərkən müəyyən planla hərəkət edirlər. Bu plana uyğun olaraq bənna arı hazırladığı ilk palçıq yumağını tunelin qapalı ucunu əmələ gətirən ilk hücrənin arxa hissəsini inşa etmək üçün istifadə edir. Daha sonra hissə-hissə gətirdiyi palçıq yumaqları ilə bölmənin inşasını tamamlayır. Bundan sonrakı mərhələdə bənna arı bitmiş bölməyə qida gətirir.

Hücrənin tikilməsi tamamlandıqdan sonra bənna arı burada saxlamaq üçün qida toplamağa başlayır. Əvvəlcə yuvanın arxa hissəsinə tozcuq toplayır. Sonrakı hər uçuşda əvvəlki səyahətində gətirdiyi tozcuğun üzərinə çənəsilə qatı məcuna çevirdiyi bal qoyur. Beləcə yumurtlaması üçün ilk hazırlıqları tamamlayır.

Arı tozcuq yükünü yuvaya qoyan kimi yumurtlamağa başlayır. Yumurtladıqdan sonra dişi arı əvvəlcədən işarələdiyi digər bölmənin divarlarını inşa etməyə başlayır. Arı müəyyən sıra ilə hücrə inşasını və yumurtlamağı yuvanı təşkil edən hücrələr sıra ilə düzülənə qədər davam etdirir. Hücrələrin quruluşu standartdır. Hər hücrədə qida ilə birlikdə yumurta da var və qonşu hücrədən də palçıq bölmə ilə ayrılır.

Ən son hücrə də tamamlanıb qapandıqdan sonra dişi arı bir boşluq qoyur və bu boşluğu tıxacla bağlayır. Bu tıxac yuvanın qarşısında digər canlıların yuva quraraq balalarının çıxmasına mane olmalarına imkan verməmək üçün xüsusi quruluşdadır.7

Yuva tikilməsinin hər mərhələsindən göründüyü kimi bənna arıların etdikləri bütün hərəkətlərdə çox açıq ağıl və şüur var. Allah bir ayəsində bal arılarının Onun ilhamı ilə hərəkət edən canlılar olduqlarını bildirir. Təkcə bal arıları deyil, kainatdakı bütün canlılar Allahın ilhamı ilə hərəkət edirlər. Allah üstün güc sahibi, hər şeyin hakimidir.

Qeydlər

3- T.T. Kozlowski, Seed Biology, Academic Press, New York and London, 1972, s.194)

4- Biology Solomon, Berg, Martin, Villie, s. 751

5- Natural History, March 1999, s.72-74

6- Linda Gamlin ang Gail Vines, The Evolution of Life, s.63

7- Christophe O’toole and Anthony Raw, Bees of the World, s.63