Əsgər Atatürk
Atatürk Türk millətinin yetişdirdiyi ən bənzərsiz siyasi dahi, ən güclü dövlət adamı və şübhəsiz ki, ən böyük komandirdir. Onun üstün hərbi dahiliyi, uzaqgörənlik, həmişə məqsədəuyğun qərarlar verə bilmə, cəsarət, polad kimi iradə, əzm, dayanıqlılıq və güclü məsuliyyət anlayışı kimi xüsusiyyətlərlə özünü göstərir.
Bu kitabın məqsədi, Atatürkün devrilmiş imperiyanın xarabalıqlarının arasından güclü bir dövlət yarada bilməsində ən əhəmiyyətli faktorlardan biri olan hərbi şəxsiyyətini araşdırmaqdır.
“Əsgər Atatürk” haqqında Türk insanını şüurlandırmaq, onun Türk millətinin ürəyindəki imtina edilə bilməz yerini almasına kömək edəcək və 21-ci əsrin sürətlə dəyişən dünyasında Atatürkün izindən və onun qanunları ilə getməyimizi asanlaşdıracaq.
Üstəlik, kitabda Atatürkün və onun qanunlarının ən yaxın təqibçisi və qoruyucusu olan Türk ordusunun üstün səciyyə və xarakteri də bəzi dövlət adamlarının və xarici yazıçıların qələmlərindən gözlər önünə səriləcək.