logo HARUN YƏHYA

Gizli Təhlükə: Qəflət

127 səhifə.

Qəflət bütün insanları diqqətli olmadıqları və Allaha könüldən boyun əymədikləri müddətdə təhdid edici böyük təhlükədir. Çünki qəflətdə olan və ya qəflətə süründürülən bir adam Quranda ifadə edilən bütün əmr və qadağalara səmimi bir şəkildə uymadığının, bundan başqa hər an qəflətə qapıla biləcəyinin, yaxud da düşünmədiyi müddətdə içində olduğu vəziyyətin fərqində ola bilməz. Dolayısı ilə, bu kitabı əlinə alan hər oxucu özünün də qəflətdə ola biləcəyini ehtimal edib oxumalı və özünü “müstəğni”, yəni bu gizli təhlükədən uzaqda görməməlidir. 

 

Çünki Rəbbimiz Quranda “Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.” (Ələq surəsi 6-7) buyurmuşdur. İnsan ancaq müstəğniyyətdən çəkindiyində Quran ayələrini rəhbər tutub öz vəziyyətini təhlil edər, qüsur və səhvlərini düzəldərək laqeyd yanaşdığı mövzuları düzəldər. Çünki insanın davamlı qəflətdə qalmasının və qəflətin dərinliyinin gün keçdikcə artmasının ən böyük səbəbi insanın özünü mükəmməl və qüsursuz görməsi, halından razı olmasıdır.

 

Bu kitabın məqsədi qəflətin Qurana görə tərifini vermək və insanları bu gizli təhlükəyə qarşı xəbərdar etməkdir. Eyni zamanda bir çox insanın şüursuzluqla və cahilliklə içinə düşdüyü qəflət halını başa düşüb bu vəziyyətdən xilas olmalarına kömək etmək və möminləri şeytanın bu gizli tələsinə qarşı hər zaman ayıq və diqqətli olmağa dəvət etməkdir.

Gizli Təhlükə: Qəflət

Kitabın məzmunu

Kitabdan Başlıqlar və Fəsillər

QR Code