HARUN YƏHYA
logo
HARUN YAHYA

  • Bütün Əsərlər
  • Kitablar
  • Məqalələr
  • Videolar
  • Audiolar
  • Rəsimlər
  • Sitatlar
  • Digər

ADNAN OKTAR KİMDİR?
Harun YahyaADNAN OKTAR KİMDİR?
ƏSƏRLƏR
KitablarMəqalələrVideolarAudiolarRəsimlərSitatlarDigər
MÖVZULAR
CavourVatikanSosializmİşıqlanma çağıFransız inqilabıDönməSabetayistJakobenizmMasonik mediaSiyasi sionizmJön Türkİttihat və tərəqqiAbdulhəmidAnti-NaziDünya sionist təşkilatıNuremberg qanunlarıMussolini1-cü Dünya müharibəsiAdolf EichmannGoyimRothschild xanədanıThink-TankCFRRockefellerSoyuq müharibəStalinOktyabr inqilabıSovet ittifaqıBilderbergVyetnamAIPACLobbiSərgiCənub-şərqYunanıstanYeni Dünya NizamıQırmızı dənizJeopolitikQaziVergiGömrük2023AntilopÖküzAvrasiya İslam ŞurasıNobel Şülh mükafatıXəstəxanaİctimai Təhlükəsizlik TəşkilatıƏli BabacanTurqut ÖzalSui-qəsdQaffar OkkanMuhsin YazıcıoğluRosette NebulaAstronomiyaGülXütbəyi ŞamiyəNüvə Silahıİyad AllaviNautilusDənizaltıDalış hüceyrəsiƏli BardakoğluTeleviziyaTelevoleÇanaqqala
  1. Kitablar
  2. Gözdəki Möcüzə

Gözdəki Möcüzə

Harun Yəhya105 səhifə.

Siz bu cümləni oxuyub qurtarana qədər gözünüzdə təxminən yüz milyard (100 000 000 000) əməliyyat yerinə yetirildi. Bəlkə də inanmaq çətindir, lakin dünyanın ən möhtəşəm cihazlarından bir cütünə sahibsiniz. Bəşəriyyət hələ də bir bənzərini yarada bilmədi. Həyatınızda sahib olduğunuz hər şey gözləriniz sayəsində bir məna qazandı. Ailənizi, dostlarınızı, evinizi, işinizi, bir sözlə, həyatınız boyu qarşılaşdığınız hər şeyi sözün əsl mənasıyla gözləriniz sayəsində tanıdınız. Onlarsız xarici aləmi heç vaxt tam olaraq təsəvvür edə bilməzdiniz. Gözləriniz olmasaydı, bir rəngin, bir şəklin, bir mənzərənin, bir insan üzünün, gözəllik deyilən anlayışın necə bir şey olduğunu heç vaxt təsəvvürünüzdə canlandıra bilməzdiniz. Lakin, gözləriniz vardır və bu sayədə ətrafınızı görür, hal-hazırda isə önünüzdəki yazını oxuyursunuz.

Üstəlik, görmək üçün heç bir səy göstərmirsiniz; yalnız görmək istədiyiniz şeyə doğru baxırsınız. Gözünüzə, gözünüzün içindəki hissələrə, gözdən beynə gedən sinirlərə və beyninizə "baxın, görün, bu əməliyyatları yerinə yetirin" əmrini vermirsiniz. Eynilə, yer üzündə yaşayan və yaşamış milyardlarla insan kimi sadəcə baxır və görürsünüz. Diqqətinizi bir cismin üzərində cəmləşdirib onu aydın görmək üçün göz büllurunuzun cismin uzaqlığına görə alması lazım olan radiusun optik ölçülərini, göz bəbəyinə bağlı əzələlərin çox həssas sıxılma dərəcəsini hesablamırsınız. Yalnız o cismi aydın görmək istəyirsiniz, qalanı isə saniyənin çox kiçik bir hissəsində sizin üçün avtomatik şəkildə yerinə yetirilir. Bunun nə qədər böyük bir möcüzə olduğu, bu qədər insan kimi, bəlkə də, bu günə qədər sizin də ağlınıza gəlmədi.


pdf
logo
logo
logo
logo
logo
Gözdəki MöcüzəGözdəki Möcüzə