Həqiqi Atatürkçülük
Hər şeydən əvvəl bu həqiqət çox yaxşı bilinməlidir ki, qatı bir Türk milliyyətçisi və səmimi bir müsəlman olan Atatürk, milli mübarizənin hər mərhələsində kommunizm və materializm kimi boş sözlərin qarşısında yer almışdır.
Etibarlı qaynaqlardan da açıq şəkildə aydın olduğu kimi Atatürk, müasir və mədəni şəxsiyyətə sahib, eyni zamanda da milli mədəniyyətinə möhkəm şəkildə bağlı, sadə və səmimi dindar, mənəviyyatından heç vaxt imtina etməyən, həqiqi Osmanlı bəyəfəndisi idi.
Məhz bu kitabın məqsədi də, Atatürkü bu tərəfləri ilə tanıtmaqdır. Türk insanını Atatürkün həqiqi şəxsiyyəti və fikirləri haqqında şüurlandırmaq və “Həqiqi Atatürkçülüyü” xatırlatmaqdır. Eyni zamanda Atatürkün və onun qanunlarının ən yaxın təqibçisi və qoruyucusu olan Türk ordusunun üstün əxlaq və xarakterini, “Həqiqi Atatürkçülüyün” günümüzdəki ən gözəl və canlı nümunəsi olaraq bizlərə göstərməkdədir.