Kamil İman
“Kamil” sifəti yetkin, nöqsansız, mükəmməl mənalarını ifadə edir. Bu kitabın mövzusu olan kamil iman da bir insanın çatdığı imani yetkinliyin və dərinliyin ən üstün, ən mükəmməl dərəcəsini bildirir.
Hər bir insan bu əxlaqı hədəf almaqla və buna cəhd göstərməklə məsuldur. Bu mövzuda insanların önünə hər hansı bir sərhəd qoyulmamışdır. Allaha qəlbən iman edən, Ona səmimiyyətlə yaxınlaşmağa çalışan hər mömin bu əxlaqı qazana bilər və imani yetkinliyə çata bilər.
Bu kitabın yazılmasındakı məqsədlərindən biri də hər işdə Allaha yönəlməyin, daim Allahın razılığını və dostluğunu qazanmaq üçün qeyd-şərtsiz gözəl bir əxlaq göstərməyin nəticəsində yaranan imani yetkinliyi, kamil imanı təyin etmək, dinə səmimiyyətlə sarılan hər insanın bu üstün əxlaqı yaşamasına vəsilə olmaqdır.
Bu kitabın yazılmasındakı başqa məqsəd isə dərin Allah qorxusuna sahib olduqdan və səmimiyyətlə yaxınlaşdıqdan sonra peyğəmbər əxlaqına çatmağın qarşısında heç bir maneə olmadığını bildirməkdir.