Kommunist Çinin Zülm Siyasəti Və Şərqi Türkistan
Bu gün ətrafda kommunizmin vəhşi tətbiqləri azalmışdır. Artıq insanlar kupon qarşılığı yemək almaq, tək cür geyinməyə məcbur edilmir, Maonun “kiçik qırmızı kitabı”nı əzbərləmədikləri üçün işgəncə görmürlər. Ancaq kommunist rejimin yeni dünya nizamına uyğunlaşdırılan versiyası bütün mərhəmətsizliyiylə həyatdadır...
Bəhs etdiyimiz kommunist vəhşiliyin ən çox hədəfi olan bölgə isə, uyğurlu müsəlman türklərin yaşadığı Şərqi Türküstandır. Şərqi Türküstanlı müsəlman türklər, yalnız dinlərini yaşamaq istədikləri üçün həbs olunur, işgəncələri ilə məşhur Çin həbsxanalarında illər boyunca tutulur, azadlıq və demokratiya tələblərini dilə gətirənlər mərhəmətsizcəsinə edam edilir.
Çin zülmünü dayandırmanın və qəti nəticə alınmasının tək yolu Türk-İslam Birliyinin qurulmasıdır. Birlik olan Türk-İslam aləmi, son dərəcə daşındırıcı və təsirli gücə sahib olacaqdır.
Türk-İslam Birliyinin qurulması üçün bu gün heç bir maneə yoxdur. Yalnız birlik olmağı istəmək lazımlıdır. Səmimiyyətlə bu birlik istənməli, bütün müsəlmanlar bir-birlərinə sevgiylə, anlayışla, təvazökarlıqla, şəfqətlə və mərhəmətlə yaxınlaşıb, bir-birlərinin qardaşları olduğu həqiqətini unutmadan hərəkət etməlidirlər.