logo HARUN YƏHYA

Milli Birliyin Əhəmiyyəti

41 səhifə.

70 il davam edən bir dövrün ardından Şərq blokunun və marksizmin çökməsindən ən çox təsirlənən ölkələrdən biri də heç şübhəsiz Türkiyə olmuşdur. Bir çox mütəxəssisə görə, Türkiyənin qarşısına, bir ölkənin əlinə min ildə bir keçəcək fürsət çıxmışdır. Bu fürsət, “Türk dünyası”dır.

 

Əsrlərdir İslamın bayraqdarlığını edən müsəlman Türk Milləti, bu gün də müasir, aydın və güclü quruluşuyla gerilikdən və həddindən uzaq qatqısız din anlayışıyla bu vəzifəni boynuna götürə biləcək ən uyğun quruluşa malikdir. Müsəlman Türk milləti dünyaya nümunə olmaq üçün lazım olan bütün üstünlükləri və xüsusiyyətləri bünyəsində layiqi ilə saxlamaqdadır.

Super dövlətlər qurmaq müsəlman Türkün peşəsidir. Tarix bunun ən böyük şahididir. Bu gün özbəkindən azərbaycanlısına, türkmənindən qırğızına bütün müsəlman Türk xalqları sanki nəfəslərini tutmuş bir şəkildə Türkiyənin birlik mövzusunda atacağı addımları gözləməkdədir. Çünki bu, bütün dünya millətləri üçün bir ümid işığıdır. Bu gün yer üzündə əksikliyi hiss edilən ədalətin, sülhün və qardaşlığın təmin edilməsi müsəlman Türkün rahatlıqla bacara biləcəyi bir işdir.

 

Tarixdə olduğu kimi dövrümüzdə də, həqiqi mənasıyla sülh və ədalətin təmininin müsəlman türklərin boynuna götürəcəyinin yüzlərlə işarəsi meydana gəlmişdir. Türk millətinin İslam əxlaqıyla birləşdirdiyi iman, cəsarət, əzm, səbir, iradə kimi üstün xüsusiyyətləri dünya millətlərinə nümunə olacaqdır.

Milli Birliyin Əhəmiyyəti
QR Code