HARUN YƏHYA
logo
HARUN YAHYA

  • Bütün Əsərlər
  • Kitablar
  • Məqalələr
  • Videolar
  • Audiolar
  • Rəsimlər
  • Sitatlar
  • Digər

ADNAN OKTAR KİMDİR?
Harun YahyaADNAN OKTAR KİMDİR?
ƏSƏRLƏR
KitablarMəqalələrVideolarAudiolarRəsimlərSitatlarDigər
MÖVZULAR
CavourVatikanSosializmİşıqlanma çağıFransız inqilabıDönməSabetayistJakobenizmMasonik mediaSiyasi sionizmJön Türkİttihat və tərəqqiAbdulhəmidAnti-NaziDünya sionist təşkilatıNuremberg qanunlarıMussolini1-cü Dünya müharibəsiAdolf EichmannGoyimRothschild xanədanıThink-TankCFRRockefellerSoyuq müharibəStalinOktyabr inqilabıSovet ittifaqıBilderbergVyetnamAIPACLobbiSərgiCənub-şərqYunanıstanYeni Dünya NizamıQırmızı dənizJeopolitikQaziVergiGömrük2023AntilopÖküzAvrasiya İslam ŞurasıNobel Şülh mükafatıXəstəxanaİctimai Təhlükəsizlik TəşkilatıƏli BabacanTurqut ÖzalSui-qəsdQaffar OkkanMuhsin YazıcıoğluRosette NebulaAstronomiya
  1. Kitablar
  2. Münafiqin Dərin Qaranlığı

Münafiqin Dərin Qaranlığı

Harun Yəhya344 səhifə.

İnsan oğlunun ilk yaradıldığı gündən bu yana, münafiqlik edən hər insan, “əxlaqsızlıqları ilə və alçaqlıqları ilə” tarixə keçmişdir. Nəsildən nəsilə, həyatları boyu inananlara qarşı verdikləri xain mübarizə ilə xatırlanmış və hər dövrdə “xor qarşılanıb alçaldılmış” kəslər olaraq tanınmışlar. Kiçik böyük etdikləri hər alçaqlıq, tarixin bir parçası olaraq yaddaşlara həkk olunmuşdur. Fironlar, Nəmrudlar, Qarun, Samiri, Hz. Lut (ə.s) və Hz. Nuh (ə.s)-ın həyat yoldaşları kimi tarixdəki məşhur münafiqlər necə kitablara ya da tarixi qeydlərə keçdisə, günümüz münafiqləri da eyni şəkildə kitablara mövzu olacaqlar. O dövrlərin münafiqləri necə əxlaqsızlıqları ilə bilinirdilərsə, Axırzamanın münafiqləri da eyni şəkildə etdikləri şeytanlıqlarla tanınacaqlardır.


Onların adları da nəsildən nəsilə köçürüləcək, onların xainlikləri və əxlaqsızlıqları da digərləri kimi tarixə keçəcəkdir. Və bu alçaldılma yalnız dünya həyatı ilə məhdud qalmayacaq. Qiyamətə qədər hər biri “dövrünün məşhur münafiqi” olaraq tanınacaq olan bu şeytani varlıqlar, axirətdə də yenə əxlaqsızlıqları ilə bilinəcək və sonsuza qədər yenə həmişə alçaldılaraq yaşayacaqlar. Ancaq bu kitabın məqsədi, “hələ tövbə etmə imkanı varkən, bütün münafiqlərə və münafiq əxlaqına bənzər rəftarlar göstərən insanlara münafiqliyin təhlükəsini izah edib, bu acı sondan xilas olmaları üçün onları doğru yola çağırmaq”dır.


“Axirətdə geri dönüşü olmayan bir əzabla qarşılaşmadan əvvəl, düşünüb öyüd-nəsihət almalarına və səmimi bir qəlblə iman etmələrinə vəsilə ola bilmək”dir. Əxlaqsızlıqda, hiyləgər oyunlarla, şeytani əlaqələrlə və alçaqca tələlərlə bir şey əldə edə bilməyəcəklərini; sonunda qarşılaşacaqları tək həqiqətin cəhənnəm əzabı olacağını izah edərək onları xəbərdar etməkdir. Və “əgər tövbə edib Allahı çox dərin bir eşqlə sevib gözəl əxlaqı yaşayarlarsa; dünyada və axirətdə, arzuladıqları, həsrət duyduqları hər şeyin ən gözəlini tapacaqlarını onlara xatırlatmaq”dır.


Lakin münafiqlikdə dirənib qərarlılıq göstərən; öyüd-nəsihət qəbul edib tövbə edərək doğru yola dönmək istəməyən kəslər də, bunu heç vaxt unutmamalıdırlar: Onların bilmədikləri ya da anlamaq istəmədikləri qəti bir həqiqət vardır. Rəbbimiz bu həqiqəti Quranda “... Allah kafirlərə möminlərin əleyhinə qəti olaraq yol verməz.” (Nisa surəsi,141) sözləriylə xəbər vermişdir. Küfr ya da münafiq, hər kim müsəlmanların əleyhinə bir yol axtarsa; onlara qarşı alçaqca oyunlar oynamaq istəsə, Allah o kəslərə heç vaxt başarı verməyəcəkdir. Bu, Allahın qəti və dəyişməz vədidir. Və Allah, vədindən heç vaxt dönməyəndir. Gec-tez mütləq “qalib gələcək olanlar Allahın tərəfdarları olan səmimi müsəlmanlar”dır. Çünki Allahın Quranda bildirdiyi kimi, “... Şübhəsiz ki, “izzət və gücün” hamısı Allahındır.” (Yunis surəsi, 65)

pdf
logo
logo
logo
logo
logo
Münafiqin Dərin QaranlığıMünafiqin Dərin Qaranlığı

Kitabın məzmunu

Kitabdan Başlıqlar və Fəsillər