Növlərin Təkamülü Səhvi
Darvinə görə zaman ərzində meydana gələn kiçik fərqliliklər, növləri bir-birlərinə çevirirdi və bütün canlılıq bu cür var olmuşdu. Darvindən bu yana keçən 1.5 əsrin elmi tədqiqatları, çox böyük bir yanılma olduğunu ortaya qoydu. Günümüzdə genetika, populyasiya genetikası və sistematika kimi elm sahələri, növlərin arasında darvinizmin irəli sürdüyü kimi “təkamül ağacı” olmadığını göstərir.
Əksinə, canlı növləri içindəki növlərə ayrılmalar, müəyyən genetik sərhədin limitini heç bir zaman aşmır. Bu səbəbdən heç bir növ bir başqasına çevrilmir. “Növlərin təkamülü”nü göstərdiyi iddia edilən nümunələrin bir yanılma olduqları isə bir-bir aydın oldu. Biokimya və ya paleontologiya kimi sahələrdə onsuz da küncə sıxışmış olan təkamül nəzəriyyəsi, bu mövzuda da qaçınılmaz bir çöküş mərhələsi içindədir.
Bu kitabda təkamül nəzəriyyəsinin yer üzündəki fövqəladə müxtəliflik qarşısında necə çarəsiz qaldığını oxuyacaq və planetimizdəki milyonlarla fərqli növün varlığının, Allahın üstün yaratmasının dəlillərindən biri olduğunu görəcəksiniz.