Qaçqınlara Kömək Etmək
Dünya tarixində heç görmədiyi qədər böyük fəlakətlərlə və böyük bir mühacir axını ilə qarşı-qarşıyadır. Hər keçən gün daha çox insan, xarabaya çevrilmiş ölkələrini tərk etmək və başqa ölkələrə sığınmaq məcburiyyətində qalır. Bu çətin səfərlər geridə parça-parça olmuş ailələr, sahilə vurmuş kiçik bədənlər və insanlıq adına böyük tragediyalar buraxdı. Baş verən faciələrə tamaşaçı qalmayanlar olsa da, insanlıq mühacirlər mövzusunda böyük ölçüdə sinifdə qalmışdır.
Bu faciənin təsiri getdikcə artaraq davam edir. Evini, ailəsini, işini, ölkəsini, həyatını tərk edərək bir bilinməyənə doğru yol almanın nə demək olduğunu düşünmək istəməyənlər isə, eyni laqeyidsizliyi göstərməyə davam edirlər. Vicdan sahibi olanların artıq hər zamankindən daha çox məsuliyyəti var. Mühacir məsələsinin gəldiyi ölçüləri dünyaya göstərmək, bu mövzuda həll yolları təklif etmək və bunun bir insanlıq məsələsi olduğunu xatırlatmaq indi hər zamankindən daha əhəmiyyətlidir.
Oxuduğunuz bu kitab, 2013-cü ildən etibarən hörmətli Adnan Oktarın mühacirlərlə əlaqədar xarici ölkələrdəki qəzetlərdə nəşr olunmuş məqalələrindən bəzilərini ehtiva edir. Bu mövzuda dünyanın ən etibarlı qəzetlərində mövzunu gündəmə gətirmiş və çözüm təklifləri təqdim etmiş olan yazıçı, problemin tamamilə həll edilənə və lazım olan tədbirlər alınana qədər, bu mövzudakı həqiqətləri ifşa etməyə və uyğun, real həllər göstərməyə davam edəcək.