Qara Klan
Yaşadığımız dünyada kiçik, ya da böyük hər cəmiyyətin sülh və hüzuru təhdid edən əhəmiyyətli bir problem vardır: Əxlaqi degenerasiya. Bir başqa sözlə, insanların yaxşı, doğru, dürüst, bağışlayıcı, ədalətli, mərhəmətli, namuslu olmaq kimi əxlaqi ərdəmləri tərk etmələri, “əxlaqdan kənar” olmağı özlərinə həyat fəlsəfəsi halına gətirmələri. Təməlində eqoizm, acgözlülük, mərhəmətsizlik, laqeyidlilik kimi xəstəliklərin yatdığı bu problemin necə həll ediləcəyi isə, 21-ci əsrin ən əhəmiyyətli məsələlərindən birini meydana gətirməkdədir.
Əslində bir çox insan (həllini tapa bilməsə də) bu problemin varlığının fərqindədir. Demək olar ki, hər ölkədə əxlaqın əhəmiyyətli bir qaynağı olaraq görülən “ailə dəyərləri” müdafiə olunmaqda və degenerasiyadan ən çox təsirlənən seqment olan gəncləri qorumaq məqsədiylə müxtəlif cəhdlər etməkdədirlər. Təhsil proyektləri, təşkil edilən seminarlar, şəxsən dövlət əliylə, ya da müxtəlif vətəndaş cəmiyyət quruluşları vasitəsilə başladılan kampaniyalar, bu əxlaqi tənəzzülün qarşısını almağı hədəfləməkdədir. Ancaq bu cəhdlər çox vaxt qalıcı nəticə verməməkdə, əxlaqi tənəzzül hər keçən gün daha da böyük sürət qazanmaqdadır. Çünki çözümlər səhv yerlərdə axtarılmaqda, cəhdlər sonsuz bir dövr içində qalmaqdadır.