HARUN YƏHYA
logo
HARUN YAHYA

  • Bütün Əsərlər
  • Kitablar
  • Məqalələr
  • Videolar
  • Audiolar
  • Rəsimlər
  • Sitatlar
  • Digər

ADNAN OKTAR KİMDİR?
Harun YahyaADNAN OKTAR KİMDİR?
ƏSƏRLƏR
KitablarMəqalələrVideolarAudiolarRəsimlərSitatlarDigər
MÖVZULAR
CavourVatikanSosializmİşıqlanma çağıFransız inqilabıDönməSabetayistJakobenizmMasonik mediaSiyasi sionizmJön Türkİttihat və tərəqqiAbdulhəmidAnti-NaziDünya sionist təşkilatıNuremberg qanunlarıMussolini1-cü Dünya müharibəsiAdolf EichmannGoyimRothschild xanədanıThink-TankCFRRockefellerSoyuq müharibəStalinOktyabr inqilabıSovet ittifaqıBilderbergVyetnamAIPACLobbiSərgiCənub-şərqYunanıstanYeni Dünya NizamıQırmızı dənizJeopolitikQaziVergiGömrük2023AntilopÖküzAvrasiya İslam ŞurasıNobel Şülh mükafatıXəstəxanaİctimai Təhlükəsizlik TəşkilatıƏli BabacanTurqut ÖzalSui-qəsdQaffar OkkanMuhsin YazıcıoğluRosette NebulaAstronomiyaGülXütbəyi ŞamiyəNüvə Silahıİyad AllaviNautilusDənizaltıDalış hüceyrəsiƏli BardakoğluTeleviziyaTelevoleÇanaqqala
  1. Kitablar
  2. Qüllədəki Kiçik Adam

Qüllədəki Kiçik Adam

Harun Yəhya52 səhifə.

Necə bir dünyada yaşayırsınız?


Sərt bir yerin üzərində uzanan, içində insanların, ağacların, dənizlərin və ya binaların olduğu, üzərində buludların gəzişdiyi, daha yuxarıda nəhəng bir kosmos boşluğunun uzandığı bir dünyadırmı bura?


Siz də bu dünyanın içindəki milyardlarla insandan birimisiniz?


Əgər bu suallara "bəli" cavabı versəniz, yanılmış olarsınız.


Əgər bu suallara "bəli" cavabı verirsinizsə, sizin üçün çox əhəmiyyətli olan bir həqiqəti bəlkə həyatınız boyunca gözardı etmisiniz deməkdir.


Çünki siz yuxarıda təsvir edildiyi kimi bir dünyada yaşamırsınız. Əslində dünyanız çox daha kiçikdir. Bu dünyanın içində, nəinki milyardlarla kilometrlik məsafələr, ya da işıq ili uzaqlığındakı qalaktikalar, bir neçə metrlik məsafə belə yoxdur. Siz əslində çox kiçik və qapalı bir məkanda yaşayırsınız: Nəhəng bir qüllənin təpəsindəki kiçik, qapısı möhürlənmiş bir otaqda. Bu otaqdan həyatınız boyunca heç çıxmadınız. Bu otağı tərk edib heç bir yerə gedə bilmədiniz. Sadəcə, otağın divarlarına əks etdirilən müxtəlif formalı, insanlar, məkanlar gördünüz. Otağın içindəki gizli spikerlərdən çıxan səsləri eşitmisiniz. Həqiqətdə qüllənin təpəsindəki bu kiçik otaqda sizdən başqa heç kim yoxdur. Tək-tənhasınız!


Bəhs etdiyimiz qüllə sizin bədəniniz, bu qüllənin təpəsindəki kiçik otaq (yəni sizin dünyanız) isə beyninizdir.


Bu kitabda sizə bu həqiqət izah edilir. Kitab boyunca oxuduqlarınız, indiyə qədər vərdiş etdiyiniz bir çox düşüncə və qavrayışla böyük ehtimalla uyğun gəlməyəcək. Ancaq burada izah edilənlər, fəlsəfi bir fikir ya da fərqli bir şərh forması deyil, elmin ortaya qoyduğu dəlillərə əsaslanan konkret bir həqiqətdir. Bu səbəblə, vərdişlərə əsaslanmadan, ağıl və məntiqlə düşünüldüyündə bu həqiqətin rədd edilməsi mümkün deyil.

pdf
logo
logo
logo
logo
logo
Qüllədəki Kiçik AdamQüllədəki Kiçik Adam

Kitabın məzmunu

Kitabdan Başlıqlar və Fəsillər