logo HARUN YƏHYA

Quran Möcüzələri - 2

154 səhifə.

Bu kitabda oxuyacağınız bütün məlumatlar, bizlərə açıq bir həqiqəti göstərməkdədir: Quran elə bir kitabdır ki, içində verilən xəbərlərin hamısı doğru çıxmışdır və çıxmaqdadır. Elmi mövzularda, keçmişdən və gələcəkdən verilən xəbərlərdə, ya da riyazi şifrələmələrdə o dövrdə heç bir insan tərəfindən bilinə bilməyəcək həqiqətlər ayələrdə xəbər verilmişdir. Bu məlumatların o dövrün məlumat səviyyəsi və texnologiyası ilə əldə edilməsi mümkün deyil. Əlbəttə ki, bu vəziyyət, Quranın insan sözü ola bilməyəcəyinin açıq-aşkar isbatıdır.

 

Quran, hər şeyi yoxdan var edən və elmi ilə bütün varlıqları əhatə edən Uca Allahın sözüdür. Allah bir ayəsində, Quranla əlaqədar olaraq, “...Əgər o, Allahdan başqasının qatından olsaydı, şübhəsiz içində bir çox ziddiyyətlər tapacaqdılar” (Nisa surəsi, 82) buyurmaqdadır. Quranın içində bəhs edilən hər məlumat, bu İlahi kitabın bilinməyən gizli möcüzələrini ortaya qoymaqdadır. İnsana düşən isə, Allahın endirdiyi bu İlahi kitaba sıx sarılmaq və onu özünə yol göstərici olaraq qəbul etməkdir.

Quran Möcüzələri - 2
QR Code