Hazırda insanlar, xüsusilə də gənclər, müxtəlif adamları özlərinə nümunə götürür, onların hal və hərəkətlərini, danışıqlarını, üslublarını, geyim tərzlərini təqlid edir, onlar kimi olmağa çalışırlar. Ancaq bu adamların əksəriyyəti doğru yolda olmadıqları kimi, gözəl əxlaqa və davranışa da malik deyillər.
Müsəlman hal və hərəkətlərində, əxlaqında bəşər üçün ən sonuncu peyğəmbər olaraq göndərilən, Allahın sonuncu haqq kitabının vəhy etdiyi, gözəl əxlaqı, təqvası, Allaha olan yaxınlığı ilə insanlara nümunə göstərilən Hz. Məhəmməd (s) –ə oxşamağa, onu özünə örnək götürməyə çalışmalı və bu yöndə səy göstərməlidir. Allah bu həqiqəti bizlərə belə buyurur:
«Həqiqətən, Allahın rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir!» (Əhzab surəsi, 21)
Peyğəmbərimizi (s) görməsək də, Quran ayələrindən və hədislərdən onun gözəl davranışlarını, danışıqlarını, göstərdiyi gözəl əxlaqı tanıya bilər, ona oxşamağa, axirətdə onun yaxın dostu olmaq üçün əlimizdən gələn səyi göstərməyə çalışa bilərik.
Bu kitabın hazırlanmasının məqsədi, Peyğəmbərimizi (s) hərtərəfli tanıtmaq, onun imanını, əxlaqını, alicənab və nəzakətli xarakterini insanlara çatdırmaqdır.