Rohincalar Gözəldir
Rohinca dünyadakı ən çox zülmə uğrayan xalqa verilən addır, ancaq bu məzlum insanların adından demək olar ki, heç danışılmamaqda və varlıqları tamami ilə rədd edilməkdədir. Rohincalıların varlıqları rədd edildiyi kimi səslərini çatdıra biləcəkləri bütün imkanlar da əllərindən alınmaqdadır. Məsələn insan hüquqları təşkilatlarının və mətbuatın Rohincalılarla ünsiyyətinə var güclə maneə törədilməkdədir.
Hər şeyin gözlər qarşısında reallaşmasına baxmayaraq köməyə möhtac və zəif buraxılmış Rohincalılar adına heç bir mübarizə həyata keçirilməməkdədir. Nə sülh mükafatlarına layiq görülən insanlar nə də insan hüquqları müdafiəçisi kimi görünən Avropa dövlətləri heç nə etmir.
Xunta rejimi və radikal qruplar Rohincalılara sadəcə müsəlman olduqları üçün əziyyət etməkdədir. Bu zülmə qarşı çox cılız səslər çıxmaqda ancaq bütünlüklə bir cavab verilməməkdədir. Açıq-aşkar görüldüyü üzrə Rohincalılara qarşı edilən zülmə bütün müsəlman dövlətləri bir araya gələrək, hamısı birlikdə etiraz etməlidirlər.
Müsəlmanlar arasında həyata keçiriləcək bir həmrəylik və ağız birliyi heç şübhəsiz Myanma hökuməti üzərində və beynəlxalq arenada müdhiş bir siyasi təzyiqə səbəb olacaqdır.
Bu kitab bütün dünyanın diqqətini zülmə uğrayan Arakan müsəlmanlarının üzərinə çəkmək və qalıcı çözümlər meydana gətirmək üçün qələmə alınmışdır.