Tövrat, Allahın Hz. Musaya vəhy etdiyi mübarək kitabdır. Ancaq Tövrat sonradan təhrif edilmiş və içinə insan sözləri qatılaraq haqq kitab olmaq xüsusiyyətini itirmişdir. Bu səbəbdən bu gün əlimizdəki Tövrat, “təhrif edilmiş Tövrat”dır.
Müasir dövrümüzdəki Tövrat Quran ayələri və Peyğəmbərimizin (s.ə.v.)hədisləri ilə birlikdə araşdırıldığında içində haqq dinə aid bir çox mövzunun qorunduğu, bir çox gözəl və hikmətli izahların ehtiva edildiyi görünür. Allahın birliyi, Allah qorxusu, Allah sevgisi, Allaha itaət və təslimiyyət, şükür və dua, iman coşğusu və sevinci, yenidən diriliş, qiyamət günü kimi inanc əsaslarının təhrif olunmuş Tövratın içində dağınıq da olsa, mövcuddur. Bundan başqa, müasir dövrümüzdəki Tövratda ədalət, şəfqət, mərhəmət, təvazökarlıq kimi əxlaqi dəyərlərlə birlikdə oğruluq etməmək, zinadan çəkinmək, saxtakarlıq etməmək, faizlə pul istifadə etməmək, donuz əti yeməmək kimi haqq dinə aid bir çox hökmə də rast gəlmək olar.
Tövratın təhrif olunan hissələri şeytanın müdaxiləsinin, təsirinin hiss edildiyi hissələrdir. Bunlar təmizləndiyində geriyə şeytani müdaxiləyə məruz qalmayan hissələr qalır. Bu da təhrif olunmuş, dəyişdirilmiş, sonradan əlavə olunmuş hissələr diqqətlə ayrıldığında həqiqi Tövratın əldə olunacağı mənasını verir (doğrusunu Allah bilir.) Bu hissələr qəlbə şəfa, ruha nur və fərahlıq verən sözlərdir. “Maidə” surəsinin 44-cü ayəsində bildirildiyi kimi “hidayət və nur” olan hissələrdir. Oxuduğunuz bu kitabda yer alan Tövrat açıqlamaları da yalnız Quran ayələrinə və Peyğəmbərimizin (s.ə.v.) sünnəsinə uyğun hissələrdir, hikmətli və gözəl nəsihətlərdir.
Əlbəttə ki, müsəlmanlar yalnız Qurana tabe olmaqla mükəlləfdirlər. Lakin Tövratdan Allahın sözləri olduğuna hüsnü-zənn etdiyimiz bu hissələr üzərində düşünə bilər, bunlardan öyüd ala bilər və hikmətindən faydalana bilərlər. Allahın izni ilə bu kitab müsəlmanların iman dərinliyinə bir vasitə, səmimi dindar yəhudilərdən səhv izahlara tabe olanlara xəbərdarlıq və xatırlatma olacaq.