Hər insan toxumu tanıyır, onun nəyə bənzədiyini bilir və bitkilərin toxumlardan inkişaf etdiyini anlayır. Lakin çox zaman bu sadə görünən cismin – xarici görünüşcə bir taxta parçasını xatırladan toxumun – necə olub da, bir-birinə bənzəyən və ya tamamilə fərqli növdə saysız-hesabsız bitkiləri meydana gətirdiyini, bu bitkilərə dair bütün məlumatların toxumun içinə necə yerləşdirildiyini və bu məlumatların necə dəqiqliklə şifrələndiyini düşünmür.
Necə olur ki, zahirən cansız və taxta görünüşlü bir cisimdən şəkəri, qoxusu, rəngi və ləzzəti ilə tam nizama malik meyvələr yaranır? Görəsən, bütün bu xüsusiyyətləri formalaşdıran və ağacı əmələ gətirən toxumun özüdürmü? Meyvələrin və çiçəklərin formasını, rəngini, quruluşunu müəyyən edən toxumdurmu? Yaxşı bəs, ağaca dair bütün məlumatları rüşeyminə (embrionuna) əksiksiz şəkildə yerləşdirən də bu kiçik toxumdurmu?
Bu kitabda məhz bu suallara cavab verilmiş, toxumların Allahın sonsuz qüdrətinin və kamil yaradılışının açıq-aşkar dəlili olduğu geniş şəkildə izah edilmişdir. Toxumun daxilindəki bu heyrətamiz quruluş və nizama diqqət yetirməklə, yaradılışdakı ehtişam və hikmət daha dərindən anlaşıla bilər.