Türkiyənin Gələcəyinə Osmanlı Baxışı
Türkiyənin, Osmanlı Imperiyasının varisi olaraq, keçmiş Osmanlı torpaqları üzərində nüfuz əldə etmək şansına sahib olduğu bəzən dilə gətirilən mühüm bir reallıqdır. Lakin bundan daha da vacib olanı, günümüzdə ABŞ-ın İraq əməliyyatı ilə yenidən gündəmə gələn Yaxın Şərqə "nizam" gətirmiş yeganə qüvvənin mirasçısı olmasıdır.
Türkiyə, əgər sahib olduğu Osmanlı irsini iqtisadi və siyasi güclə dəstəkləyərsə, həqiqətən də XXI əsrdə çox mühüm regional qüvvə ola bilər. Bu halda bütün dünyadakı gücü və nüfuzu da təxmin edilə bilməyəcək dərəcədə artacaqdır. Türkiyənin tarixi mirasçısı olduğu Osmanlı Imperiyasının əsrlər boyu sərhədləri daxilində yerləşən Balkan yarımadası, Yaxın Şərq və Qafqaz/Mərkəzi Asiya kimi dünyanın qaynar bölgələrində söz sahibi olan bir ölkənin gücünün, amerikalı və avropalı strategiya analitiklərin qiymətləndirmələrində mühüm yer tutacağı aydındır.
Lakin bütün bu qeyd etdiyimiz strateji yanaşma siyasi və iqtisadi güc qədər uzaqgörənlik da tələb edir. Bu uzaqgörənliyin təməlində isə Türkiyənin öz şəxsiyyətini doğru tanıması və müəyyən etməsi gəlir. Türkiyəyə strateji bir təsir sahəsi qazandıran ən mühüm faktor, başdan bəri vurğuladığımız kimi, Osmanlı irsidir.
Türkiyə bu Osmanlı irsinə ciddi şəkildə sahib çıxmalıdır. Bu məqamda görüləcək ən vacib mühüm işlərdən biri, Osmanlının qurmuş olduğu "nizamı” tarixi sübutları ilə ortaya qoymaq və dünyaya anlatmaqdır. Türkiyənin strateji üfüqü, Osmanlı irsinə sahib çıxa bilməsi ilə mütənasib olaraq genişlənəcəkdir. Türkiyənin 21-ci əsrdə bir bölgə qüvvəsinə çevrilməsi, tarixi və dini kimliklərin getdikcə daha mühüm hala gəldiyi dünyaya damğasını vura bilməsi yalnız bu cür mümkün ola bilər.